Vizyonumuz

VİZYONUMUZ

“Baker Tilly” olaraq vizyonumuz, seçib yetişdirdiyimiz peşəkar kadrlarımızın bilik və təcrübələrinə dayanaraq, Audit və Konsaltinq xidmətləri bazarında davamlı rəqabət üstünlüyü ilə seçilən və öz müştərilərinə dəstək göstərən aparıcı şirkət kimi tanınmaqdır”. 

MİSSİYAMIZ

“Baker Tilly” olaraq missiyamız, beynəlxalq şəbəkənin təcrübəsindən istifadə edərək, düzgünlük, obyektivlik və yüksək keyfiyyət prinsipləri əsasında hər bir müştərimizin audit, konsaltinq, vergi və mühasibat xidmətləri sahəsində tələblərini yüksək səviyyədə yerinə yetirməkdir.

DƏYƏRLƏRİMİZ

Obyektivlik və Dürüstlük 

Həyata keçirdiyimiz hər bir fəaliyyət dəyişməz etik standartlara əsaslanır. Faktlar əsasında məlumatı hərtərəfli qiymətləndirmək və müştəridə obyektiv təəssürat oyatmaq biznesə yanaşma üsulumuzun aparıcı prinsipidir.

Müstəqillik və Ədalətlilik

Bizim üçün müştərilərimizlə “hər iki tərəf üçün faydalı” əlaqənin açarı ən əvvəl müstəqil qiymətləndirmə aparmaq və mühakimə yürütmək bacarığımızdır. Şəffaf və müstəqil dəyərləndirmələrin nəticəsinin satışı üzrə fəaliyyət göstərdiyimiz bu sahədə, biz faktları dəyişdirməyə və rəyləri təhrif etməyə yol verə bilmərik. Nəticədə, bu, nüfuzumuzun əleyhinə çevrilər.

Peşəkar Səriştə və Keyfiyyət

“Baker Tilly Azərbaycan” şirkətində biz peşəkarlığa çoxmərtəbəli bina kimi baxırıq. Peşəkar səriştə, milli və beynәlxalq standart və proseduralar barədə qüsursuz bilik məhz birinci mərtəbəni təşkil edir. İkinci mərtəbədə əməkdaşların öz işlərinə şəxsi sədaqəti və onların hər bir layihəni tam mükəmməlliklə yerinə yetirmək bacarığı dayanır. Bundan sonra üçüncü mərtəbə gəlir: inanırıq ki, çeviklik və hər bir müştəriyə fərdi yanaşma əsl peşəkarlığın başlandığı mərhələdir.

Məxfilik

Əməkdaşlığımız prosesində şirkətinizdən alınan məlumatlar tamamilə məxfi saxlanılır. Biz ondan nə öz məqsədlərimiz üçün istifadə edir, nə də onu üçüncü tərəflərə açıqlayırıq. Bu öhdəlik müqavilə üzrə əlaqələrimizin tamamlanmasından sonra da qüvvədə qalır. Bizə göstərilən etimadınızı yüksək qiymətləndiririk!

Texniki Standartlar

“Baker Tilly Azərbaycan” həmişə milli və beynəlxalq qanunvericiliyə və standartlara uyğun xidmətlər təklif edir. Gündəlik əməliyyatlar zamanı auditorlarımız və məsləhətçilərimiz əməkdaşlığımızın sonunda nəticələrin dəyişməməsini təmin etmək üçün təkmilləşdirilmiş nəzarət sistemi vasitəsilə ikiqat yoxlanılan, xüsusi hazırlanmış ciddi proseduralar toplusuna riayət edir.