Wednesday, May 01, 2019

"Bakı Metropoliteni" QSC-nin mühasibat uçotu qrupu üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə təlim

2016-cı ilin 21-22 sentyabr tarixlərində "Baker Tilly Azərbaycan" MMC "Bakı Metropoliteni" QSC ilə birlikdə "Bakı Metropoliteni" QSC-nin mühasibat uçotu qrupu üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə təlim keçirdi. BMHS-lar, mövcud məsələlər və yerli mühasibat uçotu standartları ilə fərqlər barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Təlim praktiki nümunələrə əsaslanırdı və BMHS baxımından real hadisələr müzakirə və izah edildi.