Thursday, July 30, 2020

Baker Tilly şirkəti Simurq İntellektual Oyunlar Klubunun tərəfdaşı qismində

Korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində maarifləndirilməyə xüsusi önəm verən Baker Tilly şirkəti intellektual oyunlara ilk dəstəyini həyata keçirdi. 6 Aprel tarixində "Simurq İntellektual Oyunlar Klubu" Baker Tilly, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Edde Global, Chitay, Want Travel və Karnegi Klubun dəstəyi ilə "Nə? Harada? Nə zaman?" formatında açılış turniri olan "Uvertüra Kuboku"nu keçirdi. 

Simurq İntellektual Oyunlar Klubu 20 mart 2019-cu il tarixində 3 intellektual gənc tərəfindən yaradılmışdır. Universitetlərdən ADA, Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universiteti də bizimlə əməkdaşdır. Simurq İntellektual Oyunlar Klubu "ASAN Xidmət" könüllüləri arasında "Xəmsı Milli İntellektual Oyunu" üzrə Bakı çempionatının təşkilatçısıdır. Klub özündə intellektual klubları birləşdirən və Gənclər və İdman Nazirliyi ilə böyük intellektual yarışlar təşkil edən Azərbaycan İntellektual Klublar Assosasiyasına (AİKA) da üzv klublardan biridir. Klub həmçinin gələcəkdə AİKA vasitəsi ilə beynəlxalq layihələr təşkil etməyi də planlaşdırır.

https://www.facebook.com/BakerTillyAzerbaijan/uverturacupvideo

https://www.facebook.com/BakerTillyAzerbaijan/unverturacupimages