Milli Qurtuluş Gününə həsr olunmuş "Mənim Azərbaycanım" adlı İntellektual Yarışma
Baker Tilly, Gələcəyini Qur Layihəsi və Simurq İntellektual Oyunlar Klubu-nun birgə təşkilatçılığı ilə 15 iyun
tarixində, Milli Qurtuluş Gününə həsr olunmuş "Mənim Azərbaycanım"
adlı İntellektual Yarışma keçirildi. Yarışmada Gələcəyini Qur! Layihəsinin
məzunları iştirak etdilər. Yarışın məqsədi tələbələrin intellektual
səviyyəsinin yüksəlməsinə, istedadlı gənclərin üzə çıxarılmasına, onların
milli-mənəvi dəyərlər və Azərbaycan haqqında daha geniş biliklərə sahib
olmalarına töhfə
vermək idi.
Xəmsə
formatında keçirilən yarışmada hər birində 5 nəfər olmaqla 8 komanda yarışdı.
Tariximizi vərəqlədik, coğrafiyamıza səyahət etdik, ədəbiyyatımızı təkrarladıq,
tarixi şəxsiyyətlərimizi yada saldıq. Gənclərimizin ölkəmizlə bağlı bilikləri
bizi sözün əsl mənasında fərəhləndirdi. Təşkilatçı və tərəfdaş üzvlərdən hər
bir komandaya bir motivatorlar - təmsilçi təyin edildi. Bütün komandalar
maraqlı oyun nümayiş etdirdilər. Monopoliya komandası birinci yerin layiqli
qalibi oldu.
Savadlı və hazırlıqlı tələbələrdən ibarət komandaların toplanmasına görə Gələcəyini Qur! Layihəsinə, hər zamankı kimi maraqlı sualları ilə yadda qalan yarış nümayiş etdirən Simurq İntellektual Oyunlar Klubuna, həmçinin təşkilati dəstəyə görə Bakı Gənclər Mərkəzi / Baku Youth Center, TID Consulting LLC, Delta Print və Dr. Robot şirkətlərinin rəhbərliklərinə təşəkkür edirik!
https://www.facebook.com/BakerTillyAzerbaijan/posts/salvationday
https://www.facebook.com/BakerTillyAzerbaijan/video