Samir Vəliyev

Vergi və hüquq məsləhət xidmətləri üzrə partnyor

Samir Vəliyev "Baker Tilly Azərbaycan" şirkətinin partnyoru və vergi xidmətləri üzrə məsul partnyorudur. 1991-1996-cı illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsinin magistratura proqramını fərqlənmə diplomu ilə başa vurmuşdur. Təhsilini başa vurduqdan sonra Samir Azərbaycan Respublikası Vergilər Nazirliyində auditor kimi təyin edilmişdir. O, rəsmi mühasibat qanunvericiliyi, maliyyə təhlilləri və biznesin qiymətləndirilməsi üzrə geniş təcübəyə malikdir. 2007-ci ildə Samir “Baker Tilly Azərbaycan” şirkətinin partnyoru kimi, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici müştərilərə keyfiyyətli işlərin təklif edilməsini əsas vəzifə kimi qəbul etmişdir.