Rüstəm Səfərəliyev

ACCA, Audit və əminlik partnyoru

Rüstəm Səfərəliyev 2009-cu ilin avqust ayından etibarən “Baker Tilly Azərbaycan” şirkətində neft və qaz sahəsi üzrə audit meneceri kimi fəaliyyətə başlamış və 2010-cu ilin oktyabr ayından etibarən audit və əminlik şöbəsinin direktoru vəzifəsinə təyin edilmişdir. O enerji, istehsal, xidmət və maliyyə şirkətlərinin auditi sahəsində ətraflı biliklərə malikdir. Rüstəm Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsi ilə biznesin idarə olunması üzrə “Xüsusi İstedadlar Qrupu”-nun ilk məzunu olmuş və həmin universitetin beynəlxalq iqtisadi münasibətlər üzrə magistr proqramını müvəffəqiyyətlə bitirmişdir. 2008-ci ildə qanuna müvafiq qaydada audit üzrə lisenziya almışdır. Rüstəm öz audit karyerasına 2005-ci ildə “Deloitte” şirkətində başlamışdır. 2009-cu ilə qədər “Deloitte” şirkətində auditor vəzifəsindən təcrübəli baş mütəxəssis vəzifəsinə qədər yüksəlmişdir. 2010-ci ilin avqust ayında Rüstəm beynəlxalq səviyyədə tanınan mühasiblər assosiasiyası olan ACCA-nin üzvlük statusunu almışdır. O, Azərbaycanda və ölkə xaricində - Rusiya, Qazaxıstan, Gürcüstanda bir sıra audit layihələrində iştirak etmişdir.