Friday, August 09, 2019

"Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsinin dördüncü ilinin yekun tədbiri

17 noyabr 2018-ci il tarixində Park Inn otelində "Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsinin dördüncü ilinin yekun tədbiri həyata keçirildi. Layihənin dördüncü ilinin nəticə və nailiyyətlərinə həsr olunmuş bu tədbir layihəni uğurla bitirmiş və tələbə adını qazanmış gəncləri, sponsor və tərəfdaş şirkətlərin nümayəndələri, layihənin komandası və könüllüləri bir araya gətirmişdir. Tədbirin rəsmi hissəsində yüksək nəticə göstərmiş gənclər sertifikatlar ilə təltif olundular, sponsor və tərəfdaş şirkətlərinə təşəkkürnamələr təqdim olundu.

Şirkətimizin Audit üzrə Meneceri Elvin Qasımov “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsində mentor qismində iştirak və töhvəsinə görə sertifikat ilə təltif edildi.

Layihə çərçivəsində görülmüş işləri və gələcək planları yüksək qiymətləndirir, layihənin gələcək uğurlarına inanırıq! 

https://www.facebook.com/BakerTillyAzerbaijan/buildyourfuture