“Baker Tilly” komandası Futzal üzrə Azərbaycan Çempionatında ikinci yerin qalibi oldu
Audit sahəsindəki
yüksək peşəkarlığı ilə seçilən “Baker Tilly” şirkəti bu dəfə Futzal üzrə Azərbaycan
çempionatında yüksək ustalıq nümayiş etdirdi.
“Azərbaycan
Futzal Federasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Futzal üzrə Azərbaycan
Çempionatında ikinci liqanın 2018/2019-cu il mövsümünə yekun vuruldu.
Çempionatda
ilk dəfə iştirak edən “Baker Tilly” şirkətinin futzal üzrə komandası 114 mümkün
xaldan 101 xal toplayaraq, liqanın 2-si oldu.
“Baker
Tilly” şirkətinin partnyoru və komandanın rəhbəri Samir Vəliyev komanda üzvlərini
təbrik edərək, əldə edilən nəticədən məmnun qaldığını bildirdi.
“Biz bir
sıra sahələrdə olduğu kimi, ölkəmizin idman sahəsində də gücümüz çatan qədər
faydalı olmağı istərdik. Bu, bizim vətəndaşlıq borcumuzdur. Eyni zamanda, istənilən
idman sahəsi bir yarışdır, sonu ya qalibiyyətdir, ya məğlubiyyət. Bir şirkət
olaraq biz daim qalib gəlməyə, birinci olmağa can atırıq. Bu isə bizim hər
birimizdən ciddi məsuliyyət və peşəkarlıq tələb edir. İnanıram ki, ölkəmizin
uğurları artdıqca, bizim də bir şirkət olaraq uğurlarımız bol olacaq”, - qeyd
edərək Samir Vəliyev yüksək səviyyəli təşkilatçılığa görə federasiya rəhbərliyinə
də təşəkkür etdi.
Məşqçi
Arslan Quliyev komandasının uğuru barədə təəssüratlarını bölüşdü:
“Komanda
heyətini tanımırdım, nəyə qadir olduqlarını bilmirdim, komanda ilə ilk oyun təcrübəmiz
idi, buna baxmayaraq məşqlərdə və oyunlarda komandanın işə yanaşması məni razı
saldı. Beləliklə bir debüt etdik və düşünürəm ki, əldə etdiyimiz yüksək göstərici
təqdirəlayiqdir. Daha böyük uğurlar üçün belə təcrübələrə ehtiyacımız var idi.
Hesab edirəm ki, növbəti mövsümdə daha yaxşı nəticə göstərəcəyik”.
“Baker Tilly” komandasının liqadakı çıxışını,
federasiyanın sədri cənab Xosrov Məmmədov belə təsvir etdi:
“Komanda
maraqlı, baxımlı oyunları və gözəl qolları ilə yadda qaldı. Həmçinin, öz qələbələri
sayəsində 100 xallıq baryeri aşan iki komandadan biri oldu. “Baker Tilly” və
digər komandaların uğurlu çıxışlarına şahidlik edərək, idmanın bu növünün gələcəkdə
respublikamızda inkişafına inanırıq”.
“Baker Tilly” – 2007-ci ilin aprel ayından etibarən “Baker Tilly International” şəbəkəsinin müstəqil üzvü olub, bu gün 80-ə yaxın əməkdaşın dəstəyi ilə gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda 5 qabaqcıl audit və məsləhət xidmətləri göstərən şirkətlər siyahısındadır.