“Əsgərə Məktub” layihəsi çərçivəsində “Əsgərə Kitab” adlı sosial aksiya
Novruz bayramı münasibətilə Baker Tilly, “ASAN Könüllüləri” Təşkilatı və Libraff mağazalar şəbəkəsinin birgə təşəbbüsü ilə “Əsgərə Məktub” layihəsi çərçivəsində “Əsgərə Kitab” adlı sosial aksiya keçirdi.
Aksiya çərçivəsində Libraff-ın Park Akademiya filialında xüsusi ayrılmış masalara yaxınlaşaraq, hər bir Azərbaycan vətəndaşı əsgərlərə mənəvi dəstəyini göstərmək üçün kitablar hədiyyə etdi. Kitabların hədiyyə edən vətəndaşlar kitabın ilk səhifəsində əsgərlərə səmimi ürək sözlərini yazdılar.
Hər 3 təşkilatçı tərəfindən təqdim edilmiş və vətəndaşların hədiyyə etdikləri kitablar “ASAN Könüllüləri” Təşkilatı tərəfindən əsgərlərimizə çatdırıldı.
https://www.facebook.com/BakerTillyAzerbaijan/videos/abooktosoldier
https://www.facebook.com/BakerTillyAzerbaijan/photos/abooktosoldier