Maliyyə məsləhətləri xidmətləri

“Baker Tilly Azərbaycan” şirkətinin məsləhətçisi heç vaxt sadəcə olaraq məsləhət vermir, O, biliklərini müştərilərə sistematik olaraq ötürür və illər boyunca fəaliyyətinizin ayrılmaz bir hissəsi olaraq qazandığımız qarşılıqlı etibarı qoruyub saxlamaq üçün mümkün olan hər şeyi etməyə hazırdır. Biz inanırıq ki, lazımi biliklərlə məlumatlandırılmış bir şəxsin verdiyi töhvə, biliksiz şəkildə həyata keçirilən çoxsaylı cəhdlərdən daha dəyərlidir. Sizə lazım olan yeganə şey, həmin anda şirkətiniz üçün hansı məlumatların daha önəmli olduğunu dərk etməkdir. 

Bizim məsləhət xidmətləri göstərən peşəkarlarımız iş, təhsil və inkişaf üçün ayrılan vaxtlarının əksər hissəsini xüsusi sahə üzrə cəmləyir. Bu yanaşma sizə zəmanət verir ki, ən son konsepsiyalar, alətlər və üsullardan xəbərdar olan biznes məsləhətçisi sizin işinizə də bunları tətbiq edəcəkdir. Bizim komandamız həmçinin sizin ehtiyaclarınızın öyrənilməsi üzrə də ixtisaslaşır. Təşkilatınızın və ya layihənizin tələblərini qarşılamaq üçün bizim ixtisaslı məsləhətçilərimiz sizin komandanızla əməkdaşlıq edir. 

Yeni biznes layihəsinə investisiya qoyulması imkanını əldə etmişsiniz. Bunlar sizin gündəlik qarşılaşa biləcəyiniz çətinliklərdir və hal-hazırda siz bütün bunların öhdəsindən gəlməyə hazır deyilsiniz. Bu vəziyyətdə bazarın təlahümlü günlərində bel bağlanıla bilən tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Buna sinxron uçuş olaraq baxmaq lazımdır. Heç də səbsiz deyil ki, quşlar heç vaxt uzun məsafəyə köç edərkən səyahətə yalnız başlamırlar. 

Bizim maliyyə və biznes məsləhətləri xidmətləri departamentimiz mürəkkəb maliyyə hədəfləri ilə qarşılaşan, birləşmə və ya satınalma, investisiya qərarlarının alınması kimi inkişaf imkanları, şirkət və ya biznes seqmentərinin yenidən təşkili, fəaliyyətin qiymətləndirilməsi, uzlaşma təhlilləri, biznes və aktivlərin qiymətləndirilməsi və s. ciddi çətinliklərlə üzləşən şirkətlərə kömək və məsləhət xidmətlərinin göstərilməsini təklif edir.

Əsas xidmətlər

  • Biznesin qiymətləndirilməsi 
  • Aktivlərin qiymətləndirilməsi
  • Vəziyyətin təhlili 
  • Maliyyə hesabatlarının yığılması
  • Maliyyə planlaması və büdcənin hazırlanması
  • Razılaşdırılmış prosedurlar
Bizimlə əlaqə