Audit, əminlik və maliyyə hesabatlarının hazırlanması

Audit işi formallıqdan daha çox sizin biznesinizin qorunması üçün ehtiyac və uğur qazanmağınıza həvəsləndirmə yolunda vacib amildir. Erkən xəbərdarlıq, açıq ünsiyyət və məsələlərin praqmatik həlli bizim yanaşmamızın başlıca xüsusiyyətidir.

Biz yalnız auditor kimi yox, həmçinin müştəri xidməti tərəfdaşı olaraq keyfiyyətin çatdrılmasına səy göstəririk. Audit keyfiyyəti və mükəmməl müştəri xidmətləri prinsipləri birlikdə irəliləyir. Bu missiya audit şöbəsində olan bütün insanlara təlqin edilir və korporativ mədəniyyətimizin əsasını təşkil edir.

İllik dövr boyunca cari ilin müvafiq maliyyə hesabatları və müvafiq qanunvericilik və texniki dəyişikliklərlə, eləcə də şirkətinizin imkanlarının maksimal həddə çatdırılması üzrə uyğun anlayışlarla sizi təmin edərək, “Baker Tilly Azərbaycan” biznes əməliyyatlarınızın genişləndirilməsinə xidmət edir.

Əsas xidmətlər

  • Maliyyə hesabatlarının auditi
  • Maliyyə hesabatlarının nəzərdən keçirilməsi
  • Xüsusi təyinatlı audit
  • Razılaşdırılmış prosedurların yerinə yetirilməsi üzrə tapşırıqların verilməsi
  • Maliyyə hesabatlarının tərtib edilməsi
  • İnformasiya sistemləri və nəzarət sisteminin təftişi
  • Məhkəmə-mühasibat ekspertizyası və tədqiqatları

AUDİT PROSESİ

Biz, şirkətin mühasibat proseduralarının və risklərin idarə olunması səviyyəsini müəyyən etmək üçün aşkar edilmiş hər hansı əhəmiyyətli biznes risklərinə əsaslanaraq, kritik prosesləri təhlil edəcək və daxili nəzarət sistemini yoxlayacağıq. Bununla da, müəyyən edilmiş əsas prosesləri nəzərə alaraq audit zamanı aşağıdakıları nümayiş etdirəcəyik:

  • Riskli sahələrin, təşkilatın kritik əməliyyatlarının müəyyənləşdirilməsi
  • Strukturun təhlili və daxili nizamnamələrə uyğun olaraq şöbədə iş səlahiyyətlərinin bölünməsi
  • İşçilər və şöbə menecerləri ilə müsahibələr, kritik proseslərin və əməliyyatların sənədləşdirilməsi və nəzarət mexanizmlərinin müəyyən edilməsi: spesifik risk nəzarəti, dərin nəzarət və monitorinq nəzarəti, əsas məlumat və sənədlərin dövriyyəsi
  • Yuxarıdakı nəzarət mexanizmlərinin səmərəliliyini və etibarlılığını müəyyən etmək üçün onların yoxlanılması
  • Qeyri sistematik riskin müəyyənləşdirilməsi və əlavə audit proseduralarının zəruriliyi
  • Daxili nəzarət sistemi və risklərin idarə olunmasının təkmilləşdirilməsi üçün tövsiyələr

Audit zamanı, yarana biləcək potensial problemlərin həll olunmasına kifayət qədər vaxt təmin etmək üçün, sizi istənilən əhəmiyyətli məsələlərlə bağlı dərhal məlumatlandıracağıq. Əgər daxili nəzarət sistemində hər hansı əhəmiyyətli çatışmazlıqlar, şübhəli əməliyyatlar və ya səhvlər aşkara çıxarsa, bu məsələlərlə bağlı təşkilatınızın rəhbərliyinə dərhal məlumat veriləcək.

Bizimlə əlaqə