Yenidənqurma və bərpa

Kommersiya təşkilatı və ya hər hansı bir digər növ təşkilat üçün çətin vəziyyətlərdən çıxmaq məqsədilə xüsusi mühasiblər və bərpa mütəxəssislərinin köməyi ilə müzakirə edilərək addım-addım hazırlanmış prosesin həyata keçirilməsi vacibdir. 

Hər şey itirilmiş kimi göründüyü halda, təşkilatın fəaliyyətində olan maraqlı tərəflərin travmasını minimallaşdırmaq və yumşaltmaq üçün hələ də qayğıya və təşkilatın dəyərini mümkün qədər yüksək saxlamaq üçün diqqət göstərilməsinə ehtiyac vardır. 

Bizim peşəkar bacarıqlarımız, təcrübəmiz və diplomatiyamız təşkilatlara həssas və çətin vəziyyətləri müzakirə etməyə, gələcək problemləri aradan qaldıracaq addımları atmağa dəstək göstərməyimizdə açar rolunu oynayır.

“Baker Tilly Azərbaycan” ekspertləri müştərinin rəhbərliyinə və maraqlı tərəflərə böhranlı vəziyyəti sabitləşdirmək, vəziyyətdən çıxış strategiyası və planlaşdırılmış yenidənqurma üçün məsləhət xidməti göstərir. Bizim yenilənmə və yenidənqurma mütəxəssislərimiz bəzi çətin qərarları və danışıqları idarə etməyinizə köməklik göstərə bilər. Bizim danışıq bacarıqlarımız və idarəetmə əlaqələrindəki təcrübəmiz şirkətlərin ləğv edilməsi və təhvil verilməsi zamanı bütün texniki aspektlərlə məşğul olmağımıza imkan verir.

Bizimlə əlaqə