Autsorsinq

Autsorsinq uzun müddət işgüzar dünyada müvəffəqiyyətli fəaliyyətin əsasını təşkil etmişdir. “Baker Tilly Azərbaycan” tərəfindən təklif edilən resursların kənardan cəlb olunması mühasibat işi üzrə peşəkarlarımızın mühasibat uçotu funksiyalarınızın yerinə yetirilməsindən ibarət gündəlik tapşırığın qayğısına qaldıqları müddətdə diqqətinizi biznesinizin əsas strateji fəaliyyəti üzərində cəmləşdirməyinizə imkan verir. Autsorsinq həm təşkilati strukturu optimallaşdırmaqla əməliyyatların xərcini aşağı salır, həm də qrupumuzun səriştəsinə və geniş təcrübəsinə uyğun olaraq səmərəliliyi artırır.

Mühasibat uçotunun aparılmasını “Baker Tilly Azərbaycan” şirkətinə həvalə etməklə, siz:

  • Bizim yerli və beynəlxalq səriştəmizə əsaslanan yüksək keyfiyyətli xidmətin üstünlüyündən
  • Gözlənilməyən problemlərə qarşı sığortalanmaqdan
  • Diqqətinizi əsas biznes fəaliyyətiniz üzərində cəmləşdirmək imkanından
  • Mühasibat uçotu proqramlarının quraşdırılması və onlara dəstək, əmək haqları, həvəsləndirmə və mühasibat uçotu komandanızın təlimi, iş yerinin yaradılması ilə əlaqədar xərclərin və digər əlavə xərclərin azalmasından faydalanacaqsınız.
Bizimlə əlaqə