Beynəlxalq xidmətlər

Çətin zamanlarda müxtəlif bazarlarda qazancla fəaliyyət göstərmək bizneslərin uğuru üçün əhəmiyyətlidir - sadəcə ayaqda durmaq yox, inkişaf etmək və çiçəklənmək əsas məsələlərdir. 

Daha sonra milli sərhədlər daxilində mümkün olan bütün imkanlardan istifadə edərək əməliyyatları idarə etmək əhəmiyyətlidir. Bu anda isə sizə “Baker Tilly Azərbaycan” kömək edə bilər. 

Problemli məsələləri dəf edərək koordinasiyalı şəkildə bizneslərə çox millətli və ya qlobal yanaşmanı həyata keçirmələrində kömək edə bilirik. Müvafiq sənaye üzrə xüsusi bilikləri ilə mühasibatlıq və biznes məsləhəti xidmətləri sahəsində uyğunluq məsələlərindən inkişaf strategiyalarına qədər hər hansı bir məsələlərdə seçilmiş bazarlar daxilində sizə məsləhət edə bilərik. 

Qlobal istəkləri olan bizneslərin müvafiq təcrübə və beynəlxalq qabiliyyətə sahib yerli ekspertlərə ehtiyacı vardır. Sizin biznesinizin bütün sahələr üzrə yerli peşəkar biliklərdən istifadə etmə üstünlüyü olacaqdır. Bu sizə rutin işlərlə məşğul olmağa dəstək olacaq və daha kompleks məsələlərlə məşğul olmağınıza kömək edəcəkdir. 

Bizim firmamız, “Baker Tilly İnternational” bütün dünyanı əhatə edən və biznes məsləhəti xidmətləri göstərən şirkətlər şəbəkəsinin üzvü olaraq, beynəlxalq səviyyədə şirkətlərlə əməkdaşlıq edir. İnam konsolidasiya edilmiş audit, kapital bazarlarında pul artırılması və beynəlxalq qaydaların naviqasiyası ilə bağlı məsləhətlərin verilməsində əsasdır. 

“Baker Tilly İnternational” şirkətinin üzv firmaları sürətlə böyüyən təşkilatlara və sahibkarlıq subyektlərinə xidmətlərini təqdim etdikləri zaman inam və ünsiyyətin əhəmiyyətli olduğunu başa düşürlər. Həmin şirkətlər də iş əlaqələri və qüsursuz koordinasiyadan yararlanırlar.

Bizimlə əlaqə