İnkişaf proqramları

“Gəlirlərin artırılması” “Baker Tilly Azərbaycan”-ın inkişaf proqramları xidməti xəttinin əsas komponentlərindən biridir və banklar, riskli investorlar və başqa maliyyə resursları təqdim edən qurumlar tərəfindən istifadə edilən fundamental biznes kriteriyalarına strukturlu yanaşmadır.

Biz sizinlə birlikdə əsas məqsədləri və planları kəşf edəcəyik:

  • Sizin biznesinizdən istədikləriniz strategiyanız və məqsədlərinizdə öz əksini tapmışdırmı?
  • Sizin planlarınızda dəyişikliyin idarə edilməsi ehtiyacı varmı?
  • Bütün əsas qərar verən tərəflər eyni nəticəni istəyirlərmi?
  • Siz necə nağd pul əldə edəcək və vəsait toplayacaqsınız?
  • Biznesi idarə etdiyiniz zaman riskləri necə idarə edirsiniz?
  • Komandanız bu gün üçün yetərincə güclüdürmü, sabah da belə olacaqmı?
  • Siz artan gəlirlərinizə necə nəzarət edəcək və bu gəlirləri necə idarə edəcəksiniz?

Sizinlə birlikdə hazırki, gələcək məhsullar və xidmətlərinizə, vəzifələr və struktura, işçilərinizə və bazar fokuslaşdırmasına baxış keçirəcəyik. Biznesin nəbzini tutmaq və izlənməsi üçün Proqres indikatorlarının yaradılmasında, tətbiq edilməsində sizə köməklik göstərəcəyik. Biznes modelinizi yeniləmək, Əsas ehtimalları test etmək və gəlirlərin artırılması üçün imkanlar axtarışında sizə dəstək göstərəcəyik:

  • Gəlirlərin Artırılması: “Baker Tilly Azərbaycan”-ın gəlir məsləhətçiləri sizinlə birlikdə hazırki prosesləri sadələşdirmək, nağd pul və biznesinizin gəlir vəziyyətini ətraflı gözdən keçirəcək, əməliyyat səmərəliliyini inkişaf etdirəcək, hər bir elementi nəzərə alaraq yeni bizneslər qazanmaq üçün axtarışlar edib və onların şirkətin inkişafına təsirini araşdıracaq.
  • Strateji İnkişaf: “Baker Tilly Azərbaycan”-ın geniş və dərin təcrübəyə malik strateji inkişaf məsləhətçiləri Sizin strategiyanızı yeniləyib, dəqiqləşdirib şirkətinizin rəhbərliyinin əsas üzvlərinin bunun ətrafında birləşməsindən əmin olacaqdır. Məsələ şirkətin ictimailəşərək bazara açılması zamanı xüsusilə əhəmiyyətlidir.
  • Risklərin idarə edilməsi: “Baker Tilly Azərbaycan”-ın risk məsləhətçiləri təşkilatınızın strateji inkişafı üşün risklərin səmərəli şəkildə idarə olunmasına olan ehtiyacınız üzərində sizinlə birlikdə çalışacaqdır.
  • Komandanın strateji inkişafı: Bizim təcrübəli biznes məsləhətçilərimiz sizin rəhbər işçilərlə, əsas komandanızla əməkdaşlıq edərək əmin olacaq ki, onların düşüncələri, hərəkətləri və aldıqları qərarlar şirkətin vəzifələri və strateji məqsədləri ilə üst-üstə düşür.
  • Gəlirlərin strukturlaşdırılması: Gəlirlərin strukturlaşdırılması və artırılması məqsədilə bizim komandamız sizin hazırki vəziyyətinizi təhlil edib, prioritetləri müəyyənləşdirib, strukturlu plan hazırlayacaqlar.

Bir çox planların iflasa uğramasının səbəbi onların mükəmmək olmaması deyil, onların tam icra olunmamasıdır. Bunun üçün biz sizin yanınızda olacağıq.

Bizimlə əlaqə