Baker Tilly International
AUDİT VƏ ƏMİNLİK • VERGİ• HÜQUQ • KONSALTİNQ
Baker Tilly International - baş ofisi Birləşmiş Krallığın paytaxtı Londonda yerləşən və özündə dünyanın 143 ərazisində 698 ofisdə 43,515 əməkdaşın çalışdığı 115 üzv şirkəti birləşdirən, ümumi gəliri 5,6 milyard dollar təşkil edən, gəlirlərinə görə və dünyada peşəkar xidmətləri ilə seçilən 9-cu qabaqcıl audit və konsaltinq şirkətləri şəbəkəsidir.
Qlobal Yanaşma
Baker Tilly İnternational üzvü olan hər bir şirkət yüksək keyfiyyətli xidmət təklif edir və beynəlxalq səviyyəli bilik və bacarıqları nümayiş etdirir.
100-dən çox müstəqil şirkət dörd coğrafi ərazidə bir araya gəlmişdir. Biznes yanaşmamız bilik və resursları bölüşdürərək beynəlxalq səviyyəli müştərilərə müstəsna nəticələr təqdim etmək üçün qlobal şəbəkə gücünü birləşdirir.
Baker Tilly İnternational üzvü olan şirkətlər, dünyanın müxtəlif biznes və təşkilatlarına fəaliyyətlərinin qurulduğu dinamik mühitdə risklərin müzakirə edilməsi və potensialın reallaşdırıIması üzrə dəstək olmaq məqsədilə audit, vergi və peşəkar məsləhət xidmətləri təqdim edir.