Now, for tomorrow

Baker Tilly Azərbaycan, dünya üzrə 147 ölkə və ərazidə təxminən 754 ofisdə fəaliyyət göstərən, 50,400 peşəkarı birləşdirən və ümumi illik gəliri 5,6 milyard ABŞ dolları olan Baker Tilly International şəbəkəsinin müstəqil üzvüdür.

2007-ci ilin aprelində 3 partnyor və 12 peşəkar əməkdaş tərəfindən əsası qoyulan Baker Tilly Azərbaycan, qısa zaman ərzində Azərbaycanda etibarlı və uğurlu konsaltinq brendi kimi mövqelənmişdir.

Bu gün Baker Tilly Azərbaycan 160-dan artıq peşəkar əməkdaşın dəstəyi ilə müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Gəlirlərinə və bağlanmış müqavilələrin sayına görə ölkənin 5 qabaqcıl audit və konsaltinq xidməti göstərən şirkəti sırasında yer alır.

Azərbaycan üzrə 150-dən artıq şirkəti əhatə edən müştəri şəbəkəsi ilə qlobal imkanlara malik yerli tərəfdaş olaraq fərqlənir.

3 may 2011-ci il tarixində Baker Tilly Azərbaycan ACCA tərəfindən təqdim olunan ən yüksək – Platin dərəcəli ACCA Təsdiqli İşəgötürən statusuna layiq görülmüşdür.

2018-ci ilin oktyabr ayında isə ACCA standartlarının uzunmüddətli və ardıcıl dəstəklənməsi nəticəsində son 12 il ərzində ACCA-nın Platin statuslu Təşkilat mükafatı ilə təltif edilmişdir.

2023-cü ilin oktyabr ayında Baker Tilly International şəbəkəsi üzv ölkələrin peşəkarlığını və nailiyyətlərini qiymətləndirərək Baker Tilly Azərbaycanı “Ignite – Rising Star” Beynəlxalq Mükafatı ilə təltif etmişdir. Seçim prosesində şirkətin davamlı inkişafı, yerli bazarda güclü mövqeyi və Baker Tilly dəyərlərinə sadiq peşəkar komandası əsas meyarlar kimi qiymətləndirilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının 2018–2023-cü illərin nəticələrinə əsasən, xarici ticarət nişanından istifadə edən auditor təşkilatları arasında Baker Tilly Azərbaycan 1-ci yerə layiq görülmüşdür.

Bundan əlavə, 2020–2023-cü illər üzrə audit olunan bankların sayına görə Baker Tilly Azərbaycan ölkədə №1 Bank Auditoru mövqeyini qoruyub saxlamışdır.

Baker Tilly Azərbaycan ISO/IEC 27001:2022 sertifikatına malikdir.

Bu sertifikat şirkətimizdə informasiya təhlükəsizliyinin beynəlxalq standartlara uyğun idarə olunduğunu təsdiqləyir və müştəri məlumatlarının məxfiliyi, bütövlüyü və təhlükəsizliyinə olan yüksək öhdəliyimizi nümayiş etdirir.