Karyera

Baker Tilly Azərbaycan şirkətində mövcud vakansiyalara müraciət etməklə siz Baker Tilly ailəsinə qoşulmaq şansı qazanırsınız.

Bizim yenilikçi qrupun formalaşdırılması üzrə strategiyamız üç sadə mərhələdən ibarətdir:

  •        Tələb olunan səviyyələrdə səriştəsi olan düzgün insanların tapılması – “sadəcə işini yerinə yetirən” kadrların mövcudluğu kifayət deyildir.
  •       Tədris və beynəlxalq təlim kursları proqramımız, həmçinin, müxtəlif layihələr üzrə genişmiqyaslı sahə işləri vasitəsilə onların birinci dərəcəli peşəkarlar kimi yetişdirilməsi.
  •       İnkişafına dəstək verdiyimiz peşəkar kapitalın şirkətdə qalmasına və ümumi peşəkarların artımına nail olmaq üçün işçi heyətimizin öncədən kifayət qədər peşəkar və mənəvi həvəsləndirici stimullar, korporativ imtiyazlar sistemi ilə təmin edilməsi.

Namizədlər üçün rəsmi tələblərə aşağıdakılar daxildir:

  •         Seçilmiş vəzifənin tələblərinə cavab verəcək ali təhsil (və ya son kursda olan tələbələr)
  •        Azərbaycan və ingilis dillərini müvafiq səviyyədə bilmək, rus dili biliklərinin qənaətbəxş səviyyədə olmasını qiymətləndiririk
  •        Tapşırıqları müəyyən edilmiş son tarixədək yerinə yetirmək bacarığı
  •        Komanda işi
  •         Yüksək ünsiyyət bacarıqları

Əgər yuxarıda qeyd edilmiş tələblərə uyğun olduğunuzu düşünürsünüzsə və Azərbaycanda ən peşəkar şirkətlərdən birində çalışmağı arzu edirsinizsə, ərizə formasını buradan yükləyib, müvafiq şəkildə doldurub careers@bakertilly.az e-mail ünvanına yollaya bilərsiniz və ya onlayn müraciət edə bilərsiniz.