Vüsalə Qasımova
Hüquq məsələləri üzrə Köməkçi Menecer
Vüsalə Qasımova “Baker Tilly” şirkətində Hüquq məsələləri üzrə Menecer Köməkçisi vəzifəsində çalışır. O, müştəri layihələri üzrə hüquqi məsələlərin həllində və mühafizəsində dəstək göstərərək, müvafiq qaydalar və tənzimləmələr barədə hüquqi araşdırmalar aparır. Vüsalə 2013-cü ildə hüquqşünas kimi “Chernin & Partners” Hüquq Bürosunda işə başlamış və daha sonra “12 INN Consulting” MMC və “ASAN Xidmət” #2 “LSP” MMC-də hüquqşünas kimi fəaliyyət göstərmişdir.
2018-ci ildə “Baker Tilly Audit Azerbaijan” komandasına qoşulmuşdur. Vüsalə Bakı Dövlət Universitetində Hüquq üzrə Bakalavr və Konstitusiya Hüququ üzrə Magistr dərəcələrini əldə etmişdir. Onun ixtisas sahələrinə mülki, vergi, əmək, immiqrasiya hüququ, korporativ qeydiyyat və ləğv, eləcə də insan resursları vəzifələri daxildir.
Müştəri portfelinə Aegion Corrosion Protection Holdings Limited, Christian Dior Couture Azerbaijan MMC, CRIF Receivables Management MMC, D.Fruits MMC, ECOFRUIT MMC, MUK Computers MMC, Pioneer Engineering International Ltd-in Azərbaycandakı filialı, Successful Strategies MMC, Suez Groupe, Ze-Tronics MMC, “METEOR AGENCY” MMC, “Novel” MMC, Ruseksport-un Nümayəndəliyi, Chapman Taylor LLP, Hamon Thermal Europe S.A., Eco Culture Az MMC, Ima Energy MMC, Scientific Drilling Controls, Baker Energy Services MMC, IVT Mühendislik Inşaat ve Taahhüt və Azərbaycanda Grohe AG nümayəndəliyi kimi şirkətlər daxildir.