Ceyhun Nəbiyev
Audit üzrə Menecer
Ceyhun Nabiyev audit sahəsində 7 ildən artıq peşəkar təcrübəyə malik Audit Meneceridir. O, audit tapşırıqlarının idarə edilməsi, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS/IFRS) uyğunluğunun nəzərdən keçirilməsi və xidmətlərin yüksək keyfiyyətlə, vaxtında təqdim olunmasını təmin etmək məqsədilə audit komandalarına rəhbərlik üzrə təcrübəyə malikdir. Bununla yanaşı, müştəri münasibətlərinin idarə olunmasında və layihələrin koordinasiyasında fəal iştirak edir.
Ceyhun neft-qaz, maliyyə, telekommunikasiya və pərakəndə satış sektorları daxil olmaqla, müxtəlif sahələrdə fəaliyyət göstərən özəl və ictimai əhəmiyyətli qurumların auditində geniş təcrübə qazanıb. Onun peşəkar səriştələri maliyyə hesabatlılığı, risklərin qiymətləndirilməsi və daxili nəzarət sistemlərinin dəyərləndirilməsini əhatə edir.
2024-cü ilin aprel ayında ACCA üzvü olan Ceyhun yüksək texniki biliklərini və davamlı peşəkar inkişaf öhdəliyini nümayiş etdirir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət İdarəetməsi ixtisası üzrə bakalavr təhsili alıb.
Peşəkar karyerasına maliyyə nəzarətçisi (Financial Controller) kimi başlayan Ceyhun daxili nəzarət və maliyyə hesabatlılığı sahələrində təcrübə qazanıb. 2021-ci ildə Baker Tilly Azərbaycan komandasına qoşularaq audit və əminlik xidmətləri sahəsində fəaliyyətini davam etdirib.
Əsas layihələr və müştərilər:
Ceyhunun iştirak etdiyi layihələr və əməkdaşlıq etdiyi müştərilər arasında Azintelecom MMC, Retail Group Azerbaijan, İrşad Electronics, CFI Financial Investment Company QSC, Azerterminalkompleks İttifaqı, Binəqədi Neft Şirkəti, Karasu Əməliyyat Şirkəti, Dövlət Məşğulluq Agentliyi, Azericard MMC, IBA-Invest İnvestisiya Şirkəti QSC, Caspian International Investment Company QSC, Azerbaijan Company for Poultry Development MMC, AzCoShip Management Company, Urban City Construction MMC və Intermode MMC yer alır.