Nisə Qurbanlı

Audit üzrə Menecer

Nisə Qurbanlı 2023-cü ildən Baker Tilly Azərbaycan şirkətində Audit üzrə Menecer vəzifəsində çalışır. O, peşəkar karyerasına 2020-ci ildə Grant Thornton Azərbaycan şirkətində Audit Mütəxəssisi kimi başlamış, daha sonra dövlət sektorunda hesabatlılıq üzrə mütəxəssis kimi fəaliyyət göstərmişdir.

Nisə bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında Mühasibat uçotu və audit, magistr təhsilini isə həmin universitetdə Maliyyə menecmenti ixtisası üzrə almış və hər iki təhsil pilləsini fərqlənmə ilə bitirmişdir. 2023-cü ildən etibarən ACCA üzvüdür. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı çərçivəsində magistr tələbələrinə Maliyyə hesabatı və Mühasibat uçotu fənləri üzrə dərs demişdir.

Onun peşəkar təcrübəsi neft-qaz, istehsalat, tikinti və yüngül sənaye sahələrində fəaliyyət göstərən müəssisələrin, eləcə də bank olmayan kredit təşkilatlarının və lizinq şirkətlərinin audit və hesabatlılıq layihələrini əhatə edir.