Rəşad Göyüşov

Vergi məsələləri üzrə Direktor

Rəşad Göyüşov Baker Tilly Azərbaycan şirkətində Vergi məsələləri üzrə Direktordur. O, şirkətə 2014-cü ildə qoşulub və korporativ vergitutma, dolayı vergilər və fərdi gəlir vergisi sahələrində ixtisaslaşıb.

Rəşad peşəkar karyerasına 2008-ci ildə TID Consulting MMC-də başlayıb və 2014-cü ilədək burada fəaliyyət göstərib. Bu müddət ərzində vergi və hüquq məsələləri, mühasibat uçotu, fərdi və korporativ vergi qanunvericiliyi üzrə təcrübə qazanıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin məzunudur.

Peşəkar fəaliyyəti ərzində Rəşad yerli və beynəlxalq şirkətlərə vergi və hüquq xidmətlərinin göstərilməsi, vergi öhdəliklərinin idarə olunması və mürəkkəb vergi məsələlərinin həlli sahələrində geniş təcrübə əldə edib.

İştirak etdiyi layihələr və əməkdaşlıq etdiyi müştərilər:

Rəşadın peşəkar layihə portfelinə Atinak, WIKA Azərbaycan MMC, Turan Hazinedaroğlu, Mace International, Azərbaycan İnvestisiya Şirkəti, SBI International, TIM W.E., Ludwig Pfeiffer, Chapman Taylor, Azərbaycan Dəmir Yolları QSC, AAS-EKOL MMC, SOCAR AQS MMC, Yalama Aqropark, Lexus Bakı, Toyota Bakı, EuroStyle LTD (Volkswagen), European Cars (Audi), Əfəndilər, Polat Yol Yapı, D-Fruits, Auto-Pro MMC, Met-ak MMC, S-H Road Construction MMC, Ziraat Bank ASC, FINCA Azərbaycan MMC, Ale-Caspian MMC, Unibank ASC, McDonald’s Azərbaycan MMC, Nestlé Azərbaycan MMC, Ozgun Yapi, Stork Caspian MMC və Azərbaycan Kredit Bürosu MMC kimi şirkət və təşkilatlarla bağlı layihələr daxildir.