Ziya Nəsirov
ACCA, Audit üzrə partnyor
Audit və əminlik sahəsində 18 ildən artıq peşəkar təcrübəyə malik olan Ziya Nəsirov Baker Tilly Azərbaycanın Audit üzrə Partnyorudur. Onun əsas fəaliyyət istiqamətlərinə audit layihələrinin nəzərdən keçirilməsi və keyfiyyətinə nəzarət, müştəri münasibətlərinin idarə edilməsi və biznesin inkişafı daxildir. O, müxtəlif audit layihələrinin həyata keçirilməsində iştirak etmiş, bank və maliyyə təşkilatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun auditinin aparılması üzrə ixtisaslaşmışdır.
Ziya öz peşəkar fəaliyyətinə 2008-ci ildə "Böyük 4-lük" audit şirkətlərindən birində audit müşaviri qismində başlamış, 2 ildən sonra 2009-cu ilin sentyabr ayında Baker Tilly Azərbaycan komandasına qoşulmuşdur. Bir müddət sonra Audit üzrə baş Mütəxəssis, 2018-ci ildə Audit üzrə Direktor, 2022-ci Audit üzrə Partnyor vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin fevral ayında o, "Expressbank" ASC-nin Audit Komitəsinin üzvü olmuşdur. 2015-ci ilin fevral ayında Ziya Nəsirov ACCA üzvü olmuşdur.
Onun əsas vəzifələri planlaşdırmadan hesabatən təqdim edilməsinə kimi audit layihələrini idarə etmək, kadrlara nəzarət, maliyyə hesabatları, idarəetmə məktubları və digər məsələlər daxil olmaqla işlərin zamanında yekunlaşmasına nəzarət daxildir.
Onun geniş portfoliyasında Azer-Türk Bank ASC, Yelo Bank ASC, Bakı Bank ASC, Ziraatbank ASC, Turanbank ASC, Muğanbank ASC, Naxçıvanbank ASC, Bank Eurasia ASC, AFB Bank ASC, Rabitabank ASC, Bank BTB ASC, Expressbank ASC, Premiumbank ASC, Bank VTB, Pakistan Milli Bank Baku Filialı, UniBank ASC, Viator NBCO MMC, Vision Fund NBCO MMC, A-Group Insurance ASC, Agrarkredit NBCO MMC, Ansar Leasing MMC, Credit Implementation Agency NBCO MMC, FINCA NBCO MMC, FinDev NBCO MMC, Entrepreneurship Support National Fund, Pasha Capital CJSC, Pasha Insurance ASC, Viator NBCO MMC, Vision Fund NBCO MMC, Atropatena CJSC, Azeri Retail MMC, AWS (Atlantic Waste Solution) MMC, AA Services, AAS Ecol MMC, Royal Estate MMC, DDG və CDM CJSC (Tütün məhsullarının təqdimatı), Azərbaycan İnvestisiya Şirkəti, Pasha Capital, UniCapital Standard Capital, AS Qrup İnvestisiya, AGA Şirkət Qrupları, Ata Holding, Atropatena Qrup, Garant Holding, AzVirt, Azbentonit, Azərbaycan Dəmir Yolları, Bakı Bus, Caspel, Atena, Aqat Aqro, D.Fruits və Ucar Agro, Axa Mbask, Azərxalça ASC, Pasha Pay MMC, Azericard MMC, IBA - Invest Investment Company” CJSC, “Azərbaycan Respublikasının QHTS İD” Dövlət Qanunvericiliyinə Dəstək Agentliyi, NBCO International ASC, TBC Kredit NBCO MMC, Caspian International Investment Company CJSC və s. kimi tanınmış müştərilərlə layihələr yer alır.