Təranə Qurbanova

İnsan Resursları üzrə Direktor

Qurbanovə Təranə - Azərbaycan Dillər Universitetində bakalavr, daha sonra isə magist təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2018-2019-cu illərdə insan resursları üzrə təhsilini davam etdirmiş və İngiltərənin Chartered Institute of Personnel and Development (CIPD) tərəfindən təqdim olunan beynəlxalq Human Resources Management sertifikatına yiyələnmişdir. 2018-ci ildən CIPD-nin Assosiativ üzvüdür. 

2007-ci ildən etibarən “TID Konsaltinq” QSC-də HR menecer vəzifəsində çalışmış, 2009-cu ildən isə həmin müəssisədə İnsan Resursları və əmək haqqı bölməsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. Daha sonra əmək fəaliyyətini “Baker Tilly Audit Azərbaycan” QSC-də HR menecer olaraq davam etdirmiş, 2022-ci ildən isə həmin müəssisədə HR Direktor vəzifəsinə təyin olunmuşdur. Azərbaycan-Fransa Ticarət Palatasının İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsinin sədr müavinidir, həmçinin palatanın təşkil etdiyi HR Academy-də Əmək Qanunvericiliyi üzrə təlimlər vermişdir. İnsan Resurslarının İdarə Edilməsi üzrə bir çox təlimlərdə iştirak etmişdir. “Baker Tilly Academy” təlim mərkəzində Əmək Məcəlləsi və Kadr Kargüzarlığı, həmçinin Əmək haqqı hesablanması üzrə, Business Management School tədris mərkəzində Əmək Məcəlləsi və Kadr Kargüzarlığı üzrə silsilə təlimlər verir. Bir sıra yerli və beynəlxalq müəssisələrdə HR auditin aparılmasında fəal iştirak etmişdir. 

2023-cü ildə təşkil olunan Milli İnsan Resursları Forumunda “İstedad yoxsa təcrübə” panelinin spikeri olaraq çıxış etmişdir. Elə həmin ildə ASAN İnnovasiyalar İnkişaf Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə təşkil olunan “İnsan Resursları və İdarəetmə” Forumunda “Kouçvari yeni nəsil idarəetmə, loyallıq və motivasiya” panelinin spikeri olaraq çıxış etmişdir. Həmçinin 2023-cü ildə ASAN İnnovasiyalar İnkişaf Mərkəzi və Türkiyənin “Pozitium Konsultasiya, Təlim və Kouçinq” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan “Performans Liderliyi və neyro idarəetmə” təlimində moderator qismində çıxış etmiş, həmçinin “Stressin idarə edilməsi, işçilərin psixoloji vəziyyəti və onlara yanaşma tərzi” mövzusunda çıxışı olmuşdur. “Araz” FM və “İctimai” radioda Əmək münasibətləri ilə bağlı proqramlarda qonaq qismində iştirak etmişdir.