Azər Qayıbov
Audit üzrə Menecer
Azər Qayıbov 2014-cü ildən Baker Tilly Azərbaycan şirkətində fəaliyyət göstərir. Karyerasına audit köməkçisi kimi başlayan Azər hazırda Audit Meneceri vəzifəsində çalışır.
O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin idarə edilməsi üzrə magistr, Azərbaycan Dövlət İqtisad Universitetində isə mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb.
Peşəkar fəaliyyəti ərzində Azər nəqliyyat və rabitə, neft-qaz, ticarət və xidmətlər, eləcə də maliyyə xidmətləri daxil olmaqla, Azərbaycanın müxtəlif sektorlarında audit sahəsində zəngin təcrübə qazanıb.
Onun iştirak etdiyi audit layihələri sırasında Azər-Türk Bank ASC, Yelo Bank ASC, Bank of Baku ASC, Ziraat Bank ASC, Turanbank ASC, Muğanbank ASC, Naxçıvanbank ASC, Bank Avrasiya ASC, AFB Bank ASC, Rabitəbank ASC, Bank BTB ASC, Expressbank ASC, Premium Bank ASC və Nikoil Bank kimi maliyyə institutları yer alır.
Bundan əlavə, Azər AGA Şirkətlər Qrupu, Azərbaycan Dəmir Yolları QSC, Azeri Retail, Zqan Holding MMC və Garant Holding MMC kimi korporativ müştərilərlə əməkdaşlıq edib.