Vaqif Nuriyev

Audit üzrə Menecer

Vaqif Nuriyev hazırda Baker Tilly Azərbaycan şirkətində Audit Meneceri vəzifəsində çalışır. O, daxili audit və maliyyə nəzarəti sahəsində sığorta, kənd təsərrüfatı, pərakəndə satış və istehsal sektorlarını əhatə edən peşəkar təcrübəyə malikdir. Vaqif maliyyə sahəsində karyerasına 2018-ci ildə başlamış, daxili nəzarət çatışmazlıqlarının müəyyən edilməsi, auditlərin planlaşdırılması və illik audit planına uyğun olaraq risk əsaslı daxili auditlərin həyata keçirilməsi üzrə fəaliyyət göstərmişdir. Onun təcrübəsi maliyyə, əməliyyatlar, satınalma, insan resursları, marketinq və satış kimi əsas biznes istiqamətlərini əhatə edir.

Vaqif 2022-ci ildə Baker Tilly Azərbaycan komandasına qoşulub və BMHS üzrə transformasiya, mühasibat uçotu metodologiyası, maliyyə hesabatlarının hazırlanması və məlumatların təhlili sahələrində ixtisaslaşıb. O, bütün ACCA imtahanlarını ilk cəhddə uğurla tamamlayıb və ACCA, CFE və CIA kvalifikasiyalarına malikdir. Vaqif Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında idarəetmə və iqtisadiyyat üzrə təhsil alıb.

Onun layihə portfelinə Caspian Finance, Interal MMC, Azəralüminium MMC, Iodico, SR Group, Eurasia, Millikart və Halliburton kimi tanınmış şirkətlərlə əməkdaşlıq daxildir.