Kənan Məmmədov

Audit üzrə Köməkçi Menecer

Kənan Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində isə magistr dərəcəsi almışdır.

Kənan peşəkar fəaliyyətinə 2020-ci ildə Veysəloğlu Şirkətlər Qrupunda mühasib kimi başlamış, burada mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində praktiki təcrübə qazanmışdır. 2021-ci ildə Baker Tilly Azerbaijan şirkətinə qoşulmuş və həmin vaxtdan audit və təsdiqləmə xidmətləri sahəsində bilik və təcrübəsini inkişaf etdirərək hazırda Audit üzrə menecer köməkçisi vəzifəsində çalışır.

Kənanın layihə portfeli neft-qaz, tikinti, istehsalat, maliyyə xidmətləri, ticarət və distribusiya, pərakəndə satış, qeyri-kommersiya və digər sektorlar üzrə geniş müştəri spektrini əhatə edir. Onun təcrübəsinə MHBS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) əsasında maliyyə hesabatlarının auditi, razılaşdırılmış prosedurlar və xüsusi təyinatlı tapşırıqlar daxildir. Bu təcrübə ona müxtəlif sahələrə xas riskləri və hesabatlılıq tələblərini dərindən anlamaq imkanı qazandırmışdır.