Nərmin Hacıyeva

Vergi və hüquqi məsləhət xidmətləri üzrə Partnyor

Nərmin Hacıyeva, 2017-ci il mart ayından etibarən Baker Tilly Azerbaijan şirkətində Vergi və Hüquqi Xidmətləri üzrə Partnyoru vəzifəsində çalışır. O, London Kral Kollecini 2011-ci ildə Beynəlxalq Biznes Hüquqları üzrə LLM dərəcəsi ilə bitirmiş, peşəkar fəaliyyətinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Hüquq İdarəsində hüquqşünas qismində başlamış və daha sonra Vergi Siyasəti İdarəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir.

Vergilər Nazirliyində çalışdığı illər ərzində Nərmin Hacıyeva, mürəkkəb vergitutma məslələri ilə məşğul olmuş və Nazirliyin Apellasiya Şurasının Katibliyinə rəhbərlik etmişdir. O, Vergi Məcəlləsinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə düzəlişlər də daxil olmaqla bir çox layihələrdə iştirak etmişdir. O, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa-Daxili Vergi Adinistrasiyaları Təşkilatı (IOTA), Beynəlxalq Valyuta Fondu (IMF) və əcnəbi ölkələrin vergi idarələri tərəfindən təşkil edilmiş vergitutma, beynəlxalq vergitutma mövzularında olan bir sıra konfranslarda iştirak etmişdir.

2023-cü ilin aprel ayında Nərmin Hacıyeva beynəlxalq vergitutma üzrə peşəkar sertifikat (APCIT) əldə etdi.