Nurlan İsmayılov

Audit üzrə Menecer

Nurlan İsmayılov Baker Tilly Azərbaycan şirkətinin Audit üzrə Meneceridir. Mühasibat uçotu metodları, maliyyə hesabatlarının hazırlanması və məlumatların təhlili sahəsində zəngin təcrübəyə malikdir. Maliyyə disbalansının müəyyən edilməsi və aradan qaldırılması və maliyyə hesabatlarının təkmilləşdirilməsi sahəsində güclü təcrübəyə malik olan Nurlan öz sahəsində etibarlı və peşəkarlı kadra çevrilmişdir.

Nurlan Xəzər Universitetində Maliyyə və Mühasibat uçotu üzrə bakalavr dərəcəsi alaraq texniki biliklərini və maliyyə prinsipləri haqqında anlayışını möhkəmləndirib. O, karyerasına 2014-cü ildə Kapital Bank-da başlayıb. O burada Risklər Departamentində çalışaraq bank işi və risklərin idarə edilməsi sahəsində ilkin təcrübə qazanıb. Nurlan 2015-ci ildə Baker Tilly Azərbaycan şirkətinə qoşulub və sonralar Audit Meneceri vəzifəsinə qədər yüksəlib. 

Nurlan müxtəlif profilli müştəri layihələrinə, o cümlədən Azərbaycan Dəmir Yolları, Atropatena Qrup, ANSAR Lizinq və Metak kimi tanınmış təşkilatlar üçün BMHS maliyyə hesabatlarının tərtib edilməsinə, həmçinin Dünya Bankı layihələrinə uğurla rəhbərlik edib.