Ramil Bədəlov

ACCA, Audit üzrə Partnyor

Ramil Bədəlov Baker Tilly Azərbaycanın Audit üzrə Partnyorudur. O, şirkətə 2011-ci ildə qoşulmuş və 2018-ci ildə Audit üzrə Menecer vəzifəsinə yüksəlmişdir. Ramil Bədəlov 2008-ci ildə Xəzər Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsilini başa vurmuş və həmin ilin may ayında beynəlxalq audit şirkəti Moore Stephens Azerbaijan-da peşəkar fəaliyyətə başlamışdır.

Audit sahəsində fəaliyyəti ərzində Ramil Bədəlov Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq mürəkkəb konsolidə edilmiş maliyyə hesabatlarının auditi, bank və sığorta şirkətlərinin, eləcə də pərakəndə satış müəssisələrinin auditləri daxil olmaqla, müxtəlif layihələrdə iştirak etmişdir. Onun təcrübəsinə Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) layihələrinin xüsusi təyinatlı auditləri də daxildir.

Peşəkar fəaliyyətinə audit layihələrinin idarə edilməsi, layihələr üzrə əməkdaşların təyin edilməsi və işlərin vaxtında tamamlanmasına nəzarət, audit bölməsində 25 nəfərlik komandanın idarə olunması, müəyyən edilmiş siyasət, prosedur və standartlara riayət edilməsinin təmin edilməsi daxildir. O, həmçinin audit hesabatlarının hazırlanması və təqdim edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tövsiyələrin verilməsi üzrə məsuliyyət daşıyır. Ramil Bədəlov 2015-ci ilin fevral ayından etibarən ACCA üzvüdür.

Əsas müştəri və layihə təcrübəsi:

AGA Şirkətlər Qrupu, Azerpost, Azərbaycan Elektronikası, Azərbaycan Sənaye Bankı, Azərbaycan Sənaye Sığortası, Azərbaycan Dəmir Yolları, Azəryod MMC, Azərtrans MMC, Divi Korporasiyası MMC, Protean İnşaat ASC, Şüşə Ev MMC, Bakı Otel Şirkəti, Halliburton Eurasia Limited, Nikoil Bank, Royal Bank of Baku, Schlumberger Limited, SOCAR-AQS MMC, Fugro Survey MMC, BMTİP layihələri və Dünya Bankı layihələri.