Rüstəm Səfərəliyev
ACCA, Audit və əminlik partnyoru
Rüstəm Səfərəliyev hazırda Baker Tilly Azərbaycan şirkətində Audit və Əminlik şöbəsinə rəhbərlik edir. O, 2009-cu ilin avqust ayında şirkətə neft-qaz sektoru üzrə Audit Meneceri kimi qoşulmuş, 2010-cu ilin oktyabr ayında isə Audit və Əminlik şöbəsinin Direktoru vəzifəsinə təyin edilmişdir. Rüstəm enerji, istehsal, xidmət və maliyyə sektorlarında fəaliyyət göstərən şirkətlərin auditi sahəsində geniş peşəkar təcrübəyə malikdir.
O, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə “Xüsusi İstedadlar Qrupu”nun ilk məzunu olmuş, daha sonra həmin universitetdə Beynəlxalq İqtisadi Münasibətlər üzrə magistr təhsilini uğurla başa vurmuşdur. 2008-ci ildə qanunvericiliyə uyğun olaraq auditor lisenziyası almışdır.
Rüstəm peşəkar karyerasına 2005-ci ildə Deloitte şirkətində başlamış və 2009-cu ilədək auditor vəzifəsindən Baş Mütəxəssis vəzifəsinədək yüksəlmişdir. 2010-cu ilin avqust ayında Mühasiblər Assosiasiyasının (ACCA) üzvü olmuşdur.
Peşəkar fəaliyyəti ərzində Rüstəm Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstanda həyata keçirilən müxtəlif audit layihələrində iştirak etmişdir.