Səidə Kəngərli
Vergi məsələləri üzrə Menecer
Səidə Kəngərli hazırda Baker Tilly Azərbaycan şirkətində Vergi məsələləri üzrə Menecer vəzifəsində çalışır. 2023-cü ilin dekabr ayında şirkətə Vergi məsələləri üzrə Baş Məsləhətçi kimi qoşulmuş, 2026-cı ildən etibarən isə menecer vəzifəsinə təyin edilmişdir.
Səidə peşəkar fəaliyyətinə 2013-cü ildə TID Konsaltinq QSC-də başlamış və burada 10 il ərzində vergi və mühasibat uçotunun müxtəlif istiqamətləri üzrə çalışmışdır. Bu müddət ərzində yerli və xarici şirkətlərə vergi uçotu, vergi hesabatlılığı və vergi risklərinin idarə olunması sahələrində peşəkar dəstək göstərmişdir.
O, vergi uçotunun təşkili, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergi risklərinin qiymətləndirilməsi və vergi öhdəliklərinin düzgün tətbiqi sahələrində geniş praktiki təcrübəyə malikdir. Həmçinin vergi yoxlamalarında iştirak edir, dövlət orqanları ilə yazışmaları aparır və müştərilərə vergi məsələləri üzrə məsləhətlər təqdim edir. Səidə PMS sertifikatına malikdir.
Müştəri portfeli:
Səidənin əməkdaşlıq etdiyi müştərilər arasında QSTP MMC, MUK KOMPYUTERS MMC, İNTERMODE MMC, HTTPOOL CYPRUS LIMITED şirkətinin Azərbaycan Respublikasındakı filialı, GROHE AG şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, İNNOHEALTH ASIA LLP şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, DASP SERVICE MMC, 4YOU BAKU MTK, BI QAFQAZ MTK, BI TURAN MMC, BI GROUP QAFQAZ MMC, MACE INTERNATIONAL LIMITED şirkətinin Azərbaycan Respublikasındakı filialı, HILL INTERNATIONAL (AZERBAIJAN) LIMITED MMC, JOINT VENTURE TODINI-TAKENAKA MMC, SEETON MMC, SPLAT MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, SUEZ INTERNATIONAL şirkətinin Azərbaycan Respublikasındakı filialı, SUMQAYIT TEKSTİL MMC və NOVO NORDISK REGION AAMEO AND LATAM A/S şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi yer alır.