Samir Vəliyev

Partnyor

Samir Vəliyev Baker Tilly Azərbaycanın təsisçisi və vergi xidmətləri üzrə partnyorudur. O, 1991–1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Təhsilini başa vurduqdan sonra Samir Vəliyev Azərbaycan Respublikası Vergilər Nazirliyində auditor kimi fəaliyyətə başlamışdır. Peşəkar fəaliyyəti ərzində mühasibat uçotu və vergi qanunvericiliyi, maliyyə təhlili və biznesin qiymətləndirilməsi sahələrində geniş təcrübə qazanmışdır.

2007-ci ildə Baker Tilly Azərbaycan şirkətini təsis edən Samir Vəliyev hazırda şirkətə rəhbərlik edir. Onun rəhbərliyi altında şirkət yerli və beynəlxalq müştərilərə yüksək keyfiyyətli peşəkar xidmətlər göstərərək fəaliyyətini davam etdirir.