A PHP Error was encountered

Severity: Warning

Message: strtotime(): It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected the timezone 'UTC' for now, but please set date.timezone to select your timezone.

Filename: news/detail.php

Line Number: 14

A PHP Error was encountered

Severity: Warning

Message: date(): It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected the timezone 'UTC' for now, but please set date.timezone to select your timezone.

Filename: news/detail.php

Line Number: 14

Tuesday, November 12, 2013

Baker Tilly International 3% gəlir artımı olduğunu açıqlayıb.

Beynəlxalq Hesablama Bülleteni tərəfindən bu gün dərc olunmuş məlumatlara görə Baker Tilly International 2013-cü ilin iyunun 30-da başa çatan maliyyə ili üçün 3.4 milyard dollar gəlir açıqlayıb, bu isə illik 3% artım ifadə edir. Hesabata görə, şəbəkə dünya üzrə 8-ci audit, mühasibatlıq və biznes məsləhət şəbəkəsi kimi mövqeyini qoruyur.

“İqtisadi bərpa gözlənilməz olaraq qalsa da, üzvlərimiz müştərilərimizin dəyişən ehtiyaclarına cavab verdilər”. Baker Tilly International şirkətinin baş direktoru və prezidenti Geoff Barnes dedi.“Bütün regionlarda üzv firmalar tərəfindən göstərilən məsləhət xidmətləri üzrə 26% artım müşahidə etdik. Bu artım müştərilərimizin onlara təqdim etdiyimiz xidmətlərə daha kompleks yanaşma axtarmalarında özünü göstərir”.

Baker Tilly International hazırda 137 ölkədə 161 müstəqil üzv şirkət ilə təmsil olunur və dünya üzrə 738 ofisdə 27 000 nəfəri birləşdirir.

Bütün gəlirlər ABŞ dolları ilə bildirilir. 2013-cü ildə yerli valyutada artım daha yüksək olmuşdur; ABŞ dollarının ümumi artımına valyuta məzənnələri təsir edib. IAB-ın məlumatına görə, sorğu edilən bütün 50 şəbəkə və assosiasiyanın orta ümumi artımı 3% təşkil edib.

Maliyyə məlumatlarına əsaslanan məlumatlar

  • Hər bir Baker Tilly International üzv şirkəti müstəqil qurumdur.
  • Üzvlər gəlirlər haqqında ümumi məlumat vermirlər.
  • Təqdim olunan statistika müstəqil üzv şirkətlərinin ümumi rəqəmlərini əks etdirir. Hər bir üzv şirkət 30 iyuna kimi başa çatan hesabat ili üçün öz rəqəmlərini bildirir.

Regional bölgü:

  • Asiya Sakit Okean 0,65 milyard ABŞ dolları (+2%)
  • Latın Amerikası 0,07 milyard ABŞ dolları (+7%)
  • Avropa, Yaxın Şərq və Afrika 1,21 milyard ABŞ dolları (-)
  • Şimali Amerika 1,45 milyard ABŞ dolları (+4%)

Xidmət xətti üzrə bölgü:

  • Audit 1,23 milyard ABŞ dolları (-)
  • Mühasibatlıq 0,46 milyard ABŞ dolları (-13%)
  • Vergi 0,84 milyard ABŞ dolları (-3%)
  • Məsləhətçilik 0,85 milyard ABŞ dolları (+26%)

Mənbə: Baker Tilly International