Sunday, June 25, 2023

Gələcək Biznes Liderlərinə Dəstək: Baker Tilly olaraq dəstəyimiz

Gələcək Biznes Liderlərinə Dəstək

Azerbaijan Business Case Competition (ABCC) Azərbaycanda gənc istedadlar üçün tənqidi düşünmə, problem həll etmək, əməkdaşlıq etmək və qarşılıqlı əlaqə qurmaq kimi fundamental bacarıqları tələb edən, qısa zamanda real həyatdakı biznes problemlərinin həllində öz bacarıqlarını və yaradıcılıqlarını nümayiş etdirmək üçün müsabiqədir. Maliyyə, marketinq, mühasibat uçotu, texnologiya və idarəetmə kimi müxtəlif biznes sahələrini özündə birləşdirən ABCC Azərbaycanın gələcək biznes liderlərinin həvəsləndirilməsində mühüm rol oynayır. ABCC-nin bürünc sponsoru Baker Tilly bu müsabiqənin bu müsabiqəyə tam dəstək göstərir.

Şirkətimizin peşəkar əməkdaşları - Bahadur Cabbarov və Əkbər Əkbərli ABCC-nin sınaq mərhələsində fəal iştirak etdilər. Həmçinin Baker Tilly Azərbaycan Maliyyə məsləhətləri üzrə Direktor Vadim Abdullayev ABCC-nin final mərhələsində iştirak etdi. Şirkətimizin əməkdaşlarının ABCC müsabiqəsində iştirakı ölkəmizdə gənc istedadlarının inkişafına yönləndirilmiş dəstəkdir.

ABCC-nin sponsoru olaraq Baker Tilly layihəni böyük məmnuniyyətlə dəstəkləyir. ABCC ilə tərəfdaşlığımız vasitəsilə gənc istedadların uğura doğru səyahətinə töhfə verməyə həmişə hazırıq.