Sunday, June 09, 2019

BMHS 16 “İcarə” standartları üzrə treyninq keçirildi.

27-28 iyun tarixlərində Baker Tilly şirkətinin Rusiyadan olan ekspertləri Azərabycanda neft-qaz sektorundan müştərilərimizə təlim keçdilər.

Audit Direktorları Zaxar Şalumov və Maksim Deev təlimdə məruzəçi qismində iştirak etmiş və BMHS 16 “İcarə” standartları üzrə təcrübələrini bölüşüblər. Təlim əsasında müxtəlif suallara təsviri formada izahatlar verilmişdir.

BMHS 16, 1 yanvar 2019-cu il tarixində və ya ondan sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir. 16 №-li MHBS-nın məqsədi (a) lizinq əməliyyatlarını şəffaf şəkildə təqdim etmək və (b) lizinqlərdən yaranan pul vəsaitlərinin hərəkətinin məbləğini, vaxtı və qeyri-müəyyənliyini qiymətləndirmək üçün maliyyə hesabatlarının istifadəçiləri üçün əsas olan məlumatları təqdim etməkdir.