Tuesday, August 09, 2022

İş mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Sərhəd ticarəti" göstəricisi üzrə işçi qrupunun iclası

Bu gün biz, müxtəlif konsaltinq firmalarının nümayəndələri və Azərbaycan-Fransa Ticarət Palatasının üzvləri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkil olunmuş iş mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın "Sərhəd ticarəti" göstəricisi üzrə işçi qrupu ilə görüşdə iştirak etdik. Mövcud çağırışlar, yeni trendlər və texnoloji yeniliklər və gömrükdə islahatlar sessiyanın əsas mövzuları idi.