Friday, August 26, 2022

AFchamber HR Academy proqramında Baker Tilly şirkətinin təlimçiləri

Azərbaycan-Fransa Ticarət Palatası (AFchamber) İR və Əmək Tənzimləmə Komitəsi AFchamber HR Akademiyası proqramını başlatmaqdan məmnunluq duyur. AFchamber HR Academy, gənc insan resursları mütəxəssislərinə və tələbələrinə bacarıq və biliklərini praktik vasitələrlə inkişaf etdirməyə, əmək bazarına hazır olmağa kömək edəcək təlim kursları təqdim etməyə yönəlmiş bir proqramdır. Proqram təlimçiləri Alstom Transport Azərbaycan, Baker Tilly Azerbaijan, EKVITA, Hyatt Regency Baku, People Pro və PwC Azerbaijan kimi şirkətlərin İR direktorları və menecerləri olacaqlar.