Thursday, November 12, 2015

Baker Tilly Roelfs Acquires Karl Berg GmbH

Baker Tilly International şəbəkəsinin üzv şirkətlərindən biri Baker Tilly Roelfs, Düsseldorf və Leypsiqdə yerləşən Karl Berg GmbH audit firmasının təhvil təslimini tamamladı. Müqaviləyə Essendəki Bedenbecker & Berg GmbH və Almaniyanın Ennepetal şəhərindəki KSR GmbH bağlı şirkətləri daxildir. Baker Tilly Roelfs-in iki nəfərdən ibarət idarə heyətinin sədri Ralf Qröninq belə izah edir: "Bizim üçün Karl Berg GmbH-nin Baker Tilly Roelfs tərəfindən təhvil alınması davamlı böyüməyə əsaslanan korporativ uğur hekayəsinin davamı deməkdir. Bu alış həm də Karl Berqin idarəedici tərəfdaşları və onun bütün işçiləri üçün böyük qazancdır.  Onlar indi daha geniş və daha beynəlxalq mühitə daxil olacaqlar. Əsasən bu birləşmənin üstünlüklərindən yeni müştərilər istifadə edəcəklər. Bizim əsas diqqətimiz bir tərəfdən yeni başlanğıc və innovasiya, digər tərəfdən isə davamlılıq və tam etibarlılıq arasında tarazlığı daim saxlamaq olacaq. Bütün Karl Berg müştərilərinə, əlbəttə ki, tanış olduqları məsləhətçilər tərəfindən vərdiş etdikləri yüksək xidmət göstərilməyə davam ediləcək. Eyni zamanda, onlar daha geniş bilik bazasından, auditorların, hüquqşünasların, vergi məsləhətçilərinin və idarəetmə məsləhətçilərinin təcrübələrindən və təbii ki, Baker Tilly International şəbəkəsinin üzvü olmaqdan faydalanacaqlar”. Karl Berg GmbH-nin sürətli inteqrasiyasını təmin etmək üçün Düsseldorf və Leypsiqdəki bütün işçilər yaxın aylarda Baker Tilly Roelfs-in binalarına köçəcəklər. Karl Berg GmbH-nin Düsseldorfdakı audit konsaltinq bölməsinin rəhbəri Dr Kai Alexander Behling-ə görə: "Bizim üçün bu addım gələcəyə doğru bir addım deməkdir. Baker Tilly Roelfs bizə idarəedici tərəfdaşlar və həmçinin əməkdaşlarımızın optimal şəkildə inkişaf edə biləcəyi mühiti təmin edəcək. Müştərilərimiz üçün bu, bəzi hallarda bir neçə onilliklər ərzində davam edən uğurlu əməkdaşlığımızın davamı, eləcə də xidmət keyfiyyəti və daha geniş əsaslı beynəlxalq fon baxımından davamlı artım deməkdir."

Mənbə: Baker Tilly International