Wednesday, September 20, 2017

Mükafatlandırma mərasimi

Baker Tilly Azərbaycan, şirkət daxilində 5 ildən artıq çalışmış əməkdaşları üçün göstərmiş olduqları tövhə və xidmətlərinə görə mükafatlandırma mərasimi keçirmişdir. Şirkət partnoru Samir Vəliyev qeyd etmişdir ki, onların nailiyyətləri digər işçilər üçün qürur və ilham mənbəyidir. “Biz fəxr edirik ki, bizim qədər bir çox digər şəxslər də, sizin işinizi bu cür yüksək qiymətləndirir. Sizin kimi əməkdaşların layiqi səviyyədə tanınması və qiymətləndirilməsi böyük məmnuniyyətdir.” – deyə o bildirmişdir.

Şirkətin 13 əməkdaşı yaddaqalan medal və dəyərli hədiyyələrlə mükafatlandırılmışdır.