Monday, July 10, 2017

Mövcud vergi qanunvericiliyi çərçivəsində keçirilən seminar

Koreya Respublikasının Azərbaycandakı yeni təyin olunmuş səfiri cənab Kim Chang-gyunun dəvəti ilə, Baker Tilly Azerbaijan 2015-ci il 12 noyabr tarixində Marriott Hoteldə keçirilən seminar çərçivəsində təqdimatla çıxış edib.

Seminarın əsas məqsədi, Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərini mövcud vergi qanunvericiliyi çərçivəsində məlumatlandırmaq olub.

Baker Tilly Azerbaijan şirkətinin baş vergi və hüquq meneceri Azər Əkbərov tərəfindən təqdim edilən təqdimat Azərbaycan Respublikasında vergi sisteminə ümumi baxış mövzusuna həsr olunub. Təqdimatda ölkədə tətbiq olunan vergi rejimlərifərqli vergi növləri haqqında ətraflı məlumat verilib.