Thursday, August 09, 2018
Baker Tilly Rusiyanın nümayəndələri ilə görüş
Baker Tilly Rusiyanın rəhbərliyi (Aleksandr Malkov, Partner / Audit və əlaqəli xidmətlər, Aleksandr İvanov, Partnyor / Məsləhət Xidmətləri Şöbəsi və Sergey Kalinin, Partnyor / Mühasibat Xidmətləri) bu həftə müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə Bakıya gəlib. Görüş Baker Tilly-nin Azərbaycan ofisində keçirildi. Görüş zamanı nümayəndələr Avrasiya Regionu üzrə şəbəkə şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.