Baker Tilly III Milli Mühasiblər Forumda
İyunun 12-də Bakıda 200-dən artıq müxtəlif yerli və xarici şirkətin maliyyə menecerlərinin, mühasiblərin, auditorların, dövlət strukturlarının rəhbər vəzifəli şəxslərinin və KİV nümayəndələrinin iştirakı ilə III Milli Mühasiblər Forumu keçirildi.
Forumda Baker Tilly şirkətini təmsil edən şirkətin Audit və Əminlik üzrə Baş Meneceri Elvin Qasımov ən yeni MHBS standartlarının tətbiqi və mövcud problemlərdən danışdı.
Forumda eyni zamanda “Mühasibat uçotu sahəsində müasir çağırışlar: milli yanaşmalar və beynəlxalq standartlar paradiqması”, “İrəliyə addım: rəqəmsal mühasibat uçotu və Azərbaycan reallığında auditin təşkili problemləri” və “Qanunvericilikdə edilmiş dəyişikliklərin MÜHASİBAT uçotuna təsirləri” mövzularında məruzələr dinlənildi.
Qeyd edək ki, forum Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
https://www.facebook.com/BakerTillyAzerbaijan/posts/financialforum