Monday, July 10, 2017
Baker Tilly şirkətinin partnyoru IV Avrasiya Mühasiblər və Auditorlar Forumunda iştirak edib.
Bu gün Baker Tilly şirkətinin partnyoru IV Avrasiya Mühasiblər və Auditorlar Forumunda iştirak edib. Forum Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Auditorlar Palatası və Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyasının təşkilati dəstəyi ilə keçirilib.
Konfransda investisiya layihələri, idarəetmə, maliyyə hesabatlığı və audit, daxili nəzarət, hüquqi və məhkəmə aspektləri sahəsində fəaliyyət göstərən ekspertlər və peşəkarlarla yanaşı, biznes rəhbərləri, peşəkar təşkilatların nümayəndələri və MDB, Avropa və Asiya ölkələrindən olan tənzimləyici qurumların təmsilçiləri bir araya gəlib.