Sunday, August 09, 2020

COVID - 19 Biznesə dəstək tədbirləri üzrə təlimat

Azərbaycan üçün COVID-19 üzrə məlumat
Azərbaycanda  ilk koronavirus (COVİD - 19)  infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə təsdiqləndi. Hökumət COVID-19 infeksiyasının milli iqtisadiyyata, sahibkarlıq və bank sektorlarına mənfi təsirini azaltmaq və xalqın sosial müdafiəsini gücləndirmək istiqamətində tədbirlər paketi hazırladı. Fevralın 27-də koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirləri həyata keçirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah mart ayının 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirləri həyata keçirməyə başladı. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, bütün tibb müəssisələrində xəstələrin qohumları tərəfindən ziyarətinin qadağan edilməsi, kafe, restoran, mağaza, ticarət mərkəzləri, ictimai nəqliyyat və s. üçün xüsusi qaydalar daxildir. Mart ayının 17-dən etibarən koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədi ilə Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron bölgəsinə giriş məhdudlaşdırıldı. Beynəlxalq səyahətlər, o cümlədən bütün xarici ölkələrdən Azərbaycana giriş məhdudlaşdırıldı. Martın 31-də Azərbaycan ərazisində xüsusi karantin rejimi müəyyən edildi. Vətəndaşlardan 20 aprel tarixinə kimi evlərdə və mənzillərdə, daimi və ya müvəqqəti yaşayış yerlərində qalmaq tələb olunur.
Eyni zamanda, Azərbaycan hökuməti pandemiyadan zərər çəkmiş sahibkarların bu pandemiyanın böyük təsirlərinə qarşı dayanıqlığını təmin etmək üçün tədbirlər görür. Martın 19-da Azərbaycan Respublikasının Prezidenti koronavirus (COVID-19) pandemiyasının vurduğu zərərin nəticələrini və bu infeksiyanın dünya enerji və fond bazarlarında yaratdığı dəyişkənliyin Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq və ölkədə fəaliyyət göstərən subyektlərə təsirini azaltmaq məqsədilə bir sıra tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabinetinə tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat ayrılıb. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Koronovirusla  Mübarizəyə Dəstək Fondu yaradıldı.

Aşağıda, sizə hökumətin Azərbaycan Respublikası ərazisində COVID-19 pandemiyasına qarşı cavab tədbirləri nəticəsində yaranmış ən son vergi və hüquqi xəbərlər haqqında bələdçini təqdim edirik.
Eyni zamanda, Azərbaycan hökuməti pandemiyadan zərər çəkmiş sahibkarların bu pandemiyanın böyük təsirlərinə qarşı dayanıqlığını təmin etmək üçün tədbirlər görür. Martın 19-da Azərbaycan Respublikasının Prezidenti koronavirus (COVID-19) pandemiyasının vurduğu zərərin nəticələrini və bu infeksiyanın dünya enerji və fond bazarlarında yaratdığı dəyişkənliyin Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq və ölkədə fəaliyyət göstərən subyektlərə təsirini azaltmaq məqsədilə bir sıra tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabinetinə tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat ayrılıb. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Koronovirusla  Mübarizəyə Dəstək Fondu yaradıldı.

Aşağıda, sizə hökumətin Azərbaycan Respublikası ərazisində COVID-19 pandemiyasına qarşı cavab tədbirləri nəticəsində yaranmış ən son vergi və hüquqi xəbərlər haqqında bələdçini təqdim edirik.

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqında

 Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib.  Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünür: 

  • pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi;
  • fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi;
  • pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin verilməsi.
  • Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi

Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. 
Əməkhaqqı ödəmə mexanizmi çərçivəsində, əməkhaqlarının müəyyən hissəsi və işçilərə ödəniləcək müvafiq sosial sığorta haqları, vergi ödəyicilərinin www.e-taxes.gov.az saytındakı elektron ofislər vasitəsilə təqdim etdikləri ərizələr əsasında qısa müddət ərzində işəgötürənlərin bank hesablarına köçürüləcəkdir. Ödəniş aşağıdakı qaydada həyata keçiriləcəkdir:
Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri  “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” in alt bölməsindəki müraciət formasını elektron qaydada doldurmalıdır. 
Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Maliyyə dəstəyinin ödənişi aşağıdakı qaydada həyata keçiriləcəkdir:
Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri müraciətdə öz vergi rejimi     (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.
Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə, ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. 
Fərdi sahibkarın dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına olan borcu ilə əlaqədar bank hesablarında sərəncam varsa, köçürülmüş vəsaitlərin dondurulmaması və ya silinməməsi təmin ediləcəkdir.
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin verilməsi
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulmuşdur:
 
-  mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi;
-  əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi;
-  vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi üzrə müddətli güzəştlərin verilməsi;
-  İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi;
-  Bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi;
-  Güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi;
-  2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması;
-  fiziki və hüquqi şəxslərin Koronavirusa  Dəstək Fonduna verdiyi ianələrin mənfəət (gəlir) vergi məqsədləri üçün ayrılan xərclər kimi nəzərdən keçirilməsi;
-  müəyyən müddətə mənfəət və əmlak vergisi üzrə cari vergi ödəmələrindən azad olunma;
-  bəzi ərzaq və dərman məhsullarına, habelə bu cür məhsullar hazırlamaq üçün lazım olan xammallara əlavə dəyər vergisindən (ƏDV) azad olunma;
- epidemiyanın qarşısının alınması ilə əlaqədar vergi ödəyiciləri tərəfindən göstərilən könüllü xidmətlər üçün sıfır (0) faiz dərəcəsində əlavə dəyər vergisinin tutulması.

VERGİ BƏYANNAMƏLƏRİNİN TƏQDİM EDİLMƏSİNİN SON MÜDDƏTLƏRİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarına edilmiş 2 nömrəli Əlavəsi xüsusi iş (əmək) rejimi çərçivəsində fəaliyyətinə icazə verilən sahələr müəyyən edilmiş, həmin siyahıda qeyd edilməyən digər sahələr üzrə fəaliyyət məhdudlaşdırılmışdır. Həmin qərarın əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xüsusi karantin dövrü ilə əlaqədar (2020-ci il 31 mart - 20 aprel) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

- fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların və 2020-ci ilin fevral ayı üçün aylıq hesabatların verilməsi və vergilərin ödənilməsi müddəti - 6 aprel 2020-ci il;
-  fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti - 21 aprel 2020-ci il.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 2 nömrəli əlavəsi ilə xüsusi karantin dövründə icazə verilən fəaliyyət sahələrinin siyahısı təsbit edilmişdir.

İŞSİZ VƏTƏNDAŞLAR ÜÇÜN SOSİAL ÖDƏNİŞLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” -na əsasən məşğulluğa və sosial rifaha dəstək tədbirləri çərçivəsində təxminən 200 min nəfər işsizə minimum istehlak səbəti, yəni - 190 manat məbləğində vəsait veriləcək. Bunun üçün hökumət 70 milyon manat vəsait xərcləyəcək. Ödəniş iki ay - aprel və may ayları üçün nəzərdə tutulur.
 İşsiz vətəndaşların qeydiyyatı www.e-sosial.az portalı vasitəsilə aparılır. Portala girmək üçün şəxsiyyət vəsiqəsinin FIN-kodunu daxil etmək kifayətdir. Birdəfəlik ödəmənin verilməsi zamanı hədəfləmə prinsipi, həmçinin müraciət edənlərin ailə gəlirləri nəzərə alınacaq.
 
PANDEMİYA DÖVRÜNDƏ MİQRASIYA MƏSƏLƏLƏRİ

Koronavirus infeksiyasının (COVID-19) yayılması nəticəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı prosesini sadələşdirmək üçün aşağıdakı tədbirləri görür.
-  Notariat qaydasında təsdiq edilmiş sənədlərin təqdim edilməsi tələbindən müvəqqəti imtina etmək - iş icazələrinin, müvəqqəti və daimi yaşama icazələrinin alınması (müddətinin uzadılması) ilə bağlı Dövlət Miqrasiya Xidmətinə edilmiş elektron müraciətlər zamanı notariat və ya ona bərabər tutulan qaydada təsdiq edilməsi nəzərdə tutulmuş müvafiq sənədləri təqdim edə bilməyən şəxslərin müraciətləri belə təsdiq olmadan da qəbul ediləcəkdir. Bu güzəşt 30 aprel 2020-ci il tarixinədək qüvvədədir.  Qeyd olunan sənədlər zəruri olduğu hallarda sonradan tələb oluna bilər.
-  Sənədlərin elektron şəkildə təqdim edilməsi - Dövlət Miqrasiya Xidməti müraciət edənləri müvəqqəti yaşayış və iş icazələrinin alınması / uzadılması üçün zəruri sənədləri https://eservice.migration.gov.az vasitəsilə elektron formada təqdim etməyə dəvət edir.
-  Azərbaycandakı əcnəbilər üçün avtomatik viza uzadılması - Ölkə daxilində olduğu yerdə qeydiyyata alınan və qalma müddəti 16 Mart - 30 aprel tarixləri arasında başa çatan (və sona çatacaq) və bəlli səbəblərə görə ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmişdir. Əcnəbi vətəndaşlar Azərbaycanda miqrasiya statusunu uzatmaq üçün birdəfəlik elektron qaydada dövlət rüsumunu ödəməlidirlər . Onlar  yalnız dövlət rüsumu ödənildikdən sonra verilən qərarlar əsasında ölkədə qalmaq hüququnu əldə edə bilərlər:

- 30 günə uzadılması - yetkinlik yaşına çatmamış şəxslər - 15 AZN, digərləri -30 AZN,
-  60 günə uzadılması - yetkinlik yaşına çatmamış şəxslər - 30 AZN, digərləri - 60 AZN.

-  "ASAN Viza" elektron portalı vasitəsilə vizaların verilməsi Nazirlər Kabineti yanında operativ qərargahın 12 mart 2020-ci il tarixli Qərarı ilə 45 gün müddətinə dayandırılır. Azərbaycan Respublikasına səfər etmək istəyən xarici vətəndaşlar viza almaq üçün Azərbaycan Respublikasının konsulluqları və müvafiq səfirliklərinə müraciət etməlidirlər. 

ƏMƏK MÜNASİBƏTLƏRİ BARƏDƏ ƏN SON MƏLUMATLAR

Azərbaycan Respublikasının Nazirlər Kabineti 31 mart 2020-ci il tarixində “Azərbaycan Respublikası ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi haqqında” qərar qəbul etdi.  Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aşağıdakı əmək münasibətlərinə təsir edən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
-     Qərarda müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin;
-      imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin;
-      xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir;
-    “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilsin;
113 nömrəli Qərarın ləğv edilməsi nəticəsində altı günlük iş həftəsi üçün 26-28 mart və 30 mart - 4 aprel 2020-ci il tarixləri və beş günlük iş həftəsi üçün 29 mart - 3 aprel 2020 (113 saylı Qərarla iş günü olmayan günlər müəyyən edilmişdir) iş günləri kimi qəbul ediləcək və istehsal təqviminə əsasən iş saatları 2020-ci il mart ayı üçün 127 saat təşkil edəcəkdir.

COVID-19 pandemiyasının biznesə vurduğu dağıdıcı zərbələri nəzərə alaraq, işəgötürənlər əmək müqavilələrini ləğv etmək niyyətindədirlər.  Beləliklə, fəaliyyət planına əsasən, özəl sektorda əsassız işdən çıxarılmaların, işçilərin ixtisarının, işəgötürənlərlə işin və özəl sektorun 664 min işçisini əhatə edən gündəlik nəzarətin təmin edilməsi aprel-may aylarını əhatə edəcəkdir. Bu nəzarətin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.
Yuxarıda qeyd etdiyimiz və təqdim etdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə fəaliyyətini xüsusi karantin rejimi altında davam etdirməli olan fəaliyyət sahələri var. Hüquqi şəxslərin işçiləri, habelə fərdi sahibkarlar iş yerlərini bu cür işçilər və şəxslər haqqında məlumat “icazəe.e-gov.az” portalına daxil olduqdan sonra ziyarət edə bilərlər. İşəgötürənlər işçilərini həmin portaldan alınan belə icazə sertifikatları  ilə təmin etməlidirlər. Portal 3 aprel 2020-ci il, saat 10.00-dan etibarən istifadədir.  "İcaze.e-gov.az" portalı vasitəsi ilə icazə almaq üçün saxta məlumatların daxil olması halları daim araşdırılacaq və İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyətə səbəb olacaqdır.

 “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 17 mart 2020-ci il tarixli Qanunlarına əsasən, karantin və ya epidemiya əleyhinə, sanitariya-gigiyena qaydalarının pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə (İXM) və Cinayət Məcəlləsinə (CM) yeni maddələr əlavə edilmişdir.
İXM-nin 211-ci maddəsinə uyğun olaraq, epidemiya əleyhinə, sanitar, gigiyena və karantin rejimlərini pozduqlarına görə fiziki şəxslərə 100-200 manat arasında, vəzifəli şəxslərə 1,500 manatdan 2,000 manata qədər, hüquqi şəxslərə isə 2,000 manatdan 5,000 manata qədər inzibati cərimə tətbiq edilir.
Cinayət Məcəlləsinə yeni əlavə edilmiş 139-1-ci maddədə də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə, cinayət məsuliyyəti müəyyən edilib. Belə ki, bu əməl xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2,500 manatdan 5,000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

TİBBİ SIĞORTA

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ”Azərbaycan Respublikasının 30 mart 2020-ci il tarixli Qanununa əsasən icbari tibbi sığortanın tətbiqi 2021-ci ilə qədər uzadıldı.
Qanuna görə, əməkhaqqının 8,000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 % güzəşt tətbiq edilir. 
Bundan əlavə, aşağıdakılar üçün icbari tibbi sığorta haqlarının ödənilməsi 1 yanvar 2021-ci il tarixinə təxirə salınıb:
-    əmək müqaviləsi əsasında işləyən şəxslər, hərbi qulluqçular, Azərbaycan Respublikası Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu) və seçkili ödənişli vəzifə tutan şəxslər;
-     vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri);
-      dövlət qulluğu müqavilələri əsasında iş (xidmətlər) göstərən şəxslər;
-      Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qaz;
-     müştərək maliyyələşdirmə məbləğləri.

Yuxarıda göstərilən siyahılarda göstərilməmiş sığorta olunanlar üçün icbari tibbi sığorta haqqında müddəalar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.