Tuesday, May 09, 2017

“Baker Tilly Azərbaycan” şirkəti 10 yaşını təntənəli şəkildə qeyd etdi.

“Baker Tilly Azərbaycan” şirkəti 5 may 2017-ci il tarixində "Four Seasons" otelində 10 yaşını təntənəli şəkildə qeyd etdi.

Keçdiyimiz inkişaf yoluna nəzər saldıqda uğurlarımızın sayına baxıb sevinirik. Nəticələrimiz bizi yeni uğurlar əldə etməyə ruhlandırır. Bundan sonrakı fəaliyyətimizdə eyni qaydada peşəkarlıq nümayiş etdirəcək, uğurlu layihələrlə işimizin keyfiyyətini qorumağa çalışacağıq.

Fürsətdən istifadə edərək, səylərini ümumi məqsədimiz yolunda birləşdirən işçi heyətimizə, peşəkarlığımıza etibar edən müştərilərimizə, biznes tərəfdaşlarımıza və “Baker Tilly” Beynəlxalq Şəbəkəsinə bu illər ərzində verdikləri dəstəyə görə təşəkkür edirik.

https://www.facebook.com/BakerTillyAzerbaijan/10yearsanniversary

https://www.facebook.com/BakerTillyAzerbaijan/anniversaryvideos