Tuesday, May 07, 2024

Baker Tilly Azerbaijan attended ADA University Employability Week

Baker Tilly Azərbaycan ADA Universitetinin ev sahibliyi etdiyi Məşğulluq Həftəsində iştirak etdi. 

Şirkətinin Biznes və Maliyyə Məsləhət xidmətləri üzrə Partnyoru Vadim Abdullayev tələbələrə Baker Tilly şirkətini seçdikləri üçün təşəkkür edib. O həmçinin şirkətin inkişaf tarixi və nailiyyətləri haqqında məlumat verməklə yanaşı peşəkar bir əməkdaşın malik olmalı olduğu bacarıq və keyfiyyətlər barədə fikirlərini bölüşüb. PR və Marketinq üzrə Baş Mütəxəssisi Günel Abbasova Emosional İntellekt mövzusunda təlim keçdi. Biznes və Maliyyə Məsləhət xidmətləri üzrə Məsləhətçilər Aida Musayeva və Mahrux Əliyeva tərəfindən sənaye sahələri üzdə məlumat xarakterli təlim keçirildi. Baker Tilly Azərbaycanın Audit üzə baş mütəxəssisi Nisa Qurbanlı müsahibə və kommunikasiya bacarıqlarını inkişaf etdirmə istiqamətində faydalı məsləhətlər verdi. Layihənin 5-ci günü şirkətin Audit üzrə mütəxəssisi Sabir Hüseynov "Uğurlu olmaq üçün Bacarıqların artırılması və İş Etikası"-na həsr edilmiş təlimdə spiker qismində çıxış etdi. Biznes və maliyyə xidmətləri üzrə məsləhətçilər Nüşabə Məmmədova və Hüseyn İsmayıloğlu “Sahibkarlıq və innovasiya” mövzusunda təlimə rəhbərlik etdilər. Sahibkarlıq bacarıqlarının formalaşdırılmasına yönəlmiş olan bu sessiya tələbələrə güclü bir işçi olmağı öyrənməyə və öz bizneslərini qurmaq və inkişaf etdirmək üçün lazım olan bilik və bacarıqları təmin etdi. Layihənin son mövzusu olan "Şəxsi Brendinq və Dijital Şəbəkələşmə" təlimi şirkətin HR mütəxəssisi Günel Salahova tərəfindən keçirildi. Layihənin sonuncu günü qiymətləndirmə və müsahibə keçirildi.

Şirkətin Audit üzrə menecerləri Bilqeys Ələkbərli və Nübar Allahquluyeva tələbələrə məsuliyyət, iş yerinə və dəyərlərə sadiqlik, o cümlədən kommunikasıya bacarıqları barədə məlumat verməklə yanaşı, tələbələrin audit sahəsi ilə bağlı suallarını ətraflı şəkildə cavablandırdılar. 

İnanırıq ki, layihələr zaman əhatə etdiyimiz mövzular tələbələrimizin perspektivlərini genişləndirməkdə və onlara peşəkar dünyaya nəzər salmaqda mühüm rol oynayacaq. Məhz bu cür əməkdaşlıqlar vasitəsilə tələbələr seçdikləri sahələrdə onları gözləyən imkanlar və çətinlikləri daha dərindən dərk edirlər.