Baker Tilly Azərbaycan Baker Tilly International tərəfindən "Ignite - Rising Star" mükafatına layiq görülüb.
Üzv ölkələrin peşəkarlıq və nailiyyətlərini dəyərli tutan Baker Tilly İnternational şəbəkəsi Baker Tilly Azərbaycanı “Ignite – Rising Star” Baker Tilly Beynəlxalq Mükafatına layiq gördü.
Seçim prosesində münsiflər Baker Tilly Azərbaycanın davamlı inkişafını, yerli bazarda tutduğu güclü mövqeyi və Baker Tilly dəyərlərini qürurla yaşayan insanların birliyini əsas götürərək şirkətimizi mükafata layiq gördülər.
Baker Tilly İnternational, özündə dünyanın 145 ölkəsində 740 ofisdə 41,234 əməkdaşın çalışdığı 115 üzv şirkəti birləşdirən, ümumi gəliri 4.7 milyard dollar təşkil edən, gəlirlərinə görə və dünyada peşəkar xidmətləri ilə seçilən 9-cu qabaqcıl audit və konsaltinq şirkətləri şəbəkəsidir. 2007-ci ilin aprel ayından etibarən Baker Tilly İnternational şəbəkəsinin müstəqil üzvü olaraq biz, 160-dən artıq əməkdaşın dəstəyi ilə gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda 5 qabaqcıl audit və biznes məsləhət xidməti şirkətləri siyahısındayıq. Azərbaycan bazarında 15 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.