Wednesday, May 21, 2025

Gələcəyin HR Peşəkarları üçün Hüquqi Perspektiv – AFChamber HR Academy

AFChamber HR Academy əmək bazarına hazırlıq məqsədilə gənc HR mütəxəssisləri və tələbələr üçün nəzərdə tutulmuş iki aylıq təlim proqramıdır. Təranə Qurbanova, İnsan Resursları üzrə Direktor və Vüsalə Qasımova Vergi və Hüquq məsələləri üzrə Köməkçi Menecer “Əmək müqaviləsi və əcnəbilərin əmək münasibətlərində iştirakı” mövzusunda maraqlı və məlumatlandırıcı təlim keçdirlər. Sessiyada əmək müqavilələrinin hüquqi əsasları, müqavilə növləri, normativ tələblər, həmçinin Azərbaycanda əcnəbi işçilərin cəlb olunması ilə bağlı prosedurlar və tənzimləmələr ətraflı müzakirə olunub. Spikerlər real nümunələr üzərindən təcrübələrini bölüşüb və iştirakçıların suallarını cavablandırıblar. İnsan resursları sahəsində gələcək peşəkarların formalaşmasına dəstək göstərmək bizim üçün dəyərli bir təşəbbüsdür!

Read more in LinkedIn page